
ABŞ və İsrailin İrana hücumlarından sonra dayandırılan beynəlxalq uçuşlar Tehranda bərpa olunur.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, İmam Xomeyni Beynəlxalq Hava Limanı bu gündən etibarən paytaxt Tehrandan beynəlxalq reyslərin həyata keçirilməsinə başlayıb.
İlk uçuşlar İstanbul, Mədinə və Maskat istiqamətlərinə təşkil olunacaq.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra ölkədə hava əlaqəsi dayandırılmışdı. Aprelin 18-də İran hava məkanının qismən açıldığını elan etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.