
Hindistanın Qucarat ştatında yerləşən fişəng zavodunda güclü partlayış baş verib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər həyatını itirib.
Partlayış günorta saatlarında qeydə alınıb. Hadisədən sonra zavodda güclü yanğın başlayıb və binanın bir hissəsi çöküb.
Rəsmi şəxslər partlayışın səbəblərinin araşdırıldığını bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.