
Türkiyənin İzmit şəhərində TÜPRAŞ neft emalı zavodunda partlayış baş verib.
“Report” bu barədə Türkiyənin NTV telekanalına istinadən xəbər verir.
"Partlayış planlı təlim zamanı baş verib", - Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Tahir Böyükak bildirib.
O, həmçinin qeyd edib ki, partlayış nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
T.Böyükakının sözlərinə görə, partlayış nəticəsində baş verən yanğın nəzarət altına alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.