
Daşkəsəndə uzun müddət təmirsiz qalan yollara asfalt örtüyü çəkilib.
"Report"un Qərb bürosunun məlumatına görə, yenidənqurma işləri çərçivəsində küçə və binaətrafı yolların asfaltlanması həyata keçirilib.
Yol infrastrukturunun yaxşılaşdırılması, sakinlərin və nəqliyyatın rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər bir neçə küçədə aparılıb.
Qeyd edək ki, bu istiqamətdə işlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.