7-04-2025, 10:48 389

Xətlərin ayrılması layihəsi çərçivəsində "Dərnəgül" elektrik deposunun inşasının tamamlanması ilk mühüm vəzifələrdəndir.

BAKU.WS-in məlumatına görə, bu məqsədlə deponun baş planı hazırlanıb. Həmçinin depo layihəsinə daxil olan ərazidə ətraf mühitə təsirlərin qiymətləndirilməsi aparılıb. Burada qorunan və ya özəl obyektlər, tarixi əhəmiyyətli tikililər mövcud deyil. Yarımsəhra torpaq təbəqəsinə malik ərazidən istifadə zamanı neqativ təsirlərin olması gözlənilmir. Tikintinin norma və qaydalarına əsasən, depolarda sahələr üzrə obyektlərin yerləşdirilməsi qanunauyğunluğu mövcuddur. Mailliyin olmaması da xüsusi şərtlərdəndir. Bu səbəbdən layihə ərazisində yerləşən ağacların mütləq əksəriyyətinin köçürülməsi zərurəti yaranıb.

Qanunvericiliyin tələbinə uyğun olaraq, sahədəki ağacların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmış prosedurlar əsasında həyata keçiriləcək. Yaşıllıq üzrə mütəxəssislər və ETSN əməkdaşları ilə aparılan tədqiqatlar nəticəsində ağacların mövcud durumu, layihənin yaşıllaşdırma dizaynına uyğun ağacların vəziyyəti və köçürülmə imkanları, qaydaları öyrənilib və mərhələli köçürmə prosedurları razılaşdırılıb.

Deponun baş planında obyektlərin yerləşmə sahələri və layihə sahəsindəki ağacların yerləşməsi yerlərinin analizi aparılıb. Ağacların xidmət sahələrinin tikiləcəyi ərazidə yerləşmədiyi müəyyən olunub. Ağaclar yalnız qatarların sınaq yolu və sıfır mailliyin yaradılmalı olduğu sahələrdədir. Qiymətləndirmənin ən mühüm və müsbət nəticəsinə görə ərazidə yaşıllığa ziyan gəlməyəcək. Ən əsası, ağaclar yetişdiyi mühit daxilində köçürüləcək.

Aparılmış inventarizasiyaya görə, hazırda depo ərazisində küknar, murdarça, şam, qovaq, söyüd, çinar, tut, göyrüş, zeytun növlərinə aid, ümumilikdə 464 ağac  mövcuddur. Monitorinq nəticələri göstərir ki, ərazidə nadir və nəsli kəsilməkdə olan, eləcə də köçürülməyə həssas ağac növləri yoxdur. Həmçinin köçürülmə depo daxilində eyni torpaq təbəqəsində aparalıcağından fəsadsız başa gələcək.

Layihə sahəsində ağacların vəziyyəti mütəxəssislərin iştirakı ilə qiymətləndirilib. Bunadək qurumuş və mütəxəssislərin rəyinə əsasən, qurumaqda olan ağacların götürülməsi zamanı müvafiq standartların tələblərinə ciddi şəkildə əməl olunacaq.

"Dərnəgül" elektrik deposunda ümumilikdə müasir görünüşlü abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Yeni yaşıllıqların salınması zamanı məhz köçürüləcək ağaclardan da istifadə olunacaq. Çəmənliklərin və kol bitkilərinin salınması zamanı 1000-dək ağac və kolun əkilməsi nəzərdə tutulub. Bu tədbirlər həm ərazinin ekoloji tarazlığının gücləndirilməsi, həm də işçilərin asudə vaxtı, əmək və iş şəraitinin təşkili tədbirlərinin tərkib hissəsidir.

İnşaat işlərinin ilk mərhələsindən yaşıllıq zonalarının salınması və ən əsası, ağaclara vaxtında aqrotexniki qulluğun göstərilməsi, həmçinin müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulub.

Bu işlərə tikintiyə hazırlıq dövründə başlanılıb və deponun giriş sahəsində 22 sərv ağacı əkilib. Depo ərazisində, ümumilikdə 1000-ə yaxın ağacın, 326 kvadratmetr sahədə mövsümlük güllərin  əkilməsi və 18 min kvadratmetr çəmənlik salınması nəzərdə tutulur.

 "Dərnəgül" elektrik deposunda görüləcək tədbirlər mikromühitin yaxşılaşdırılmasına, ekoloji mühitin zənginləşdirilməsinə xidmət göstərəcək. Yaşıllıqların salınması, habelə sağlamlıq, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi parametrləri üzrə ən yüksək standartların tətbiqi gələcəkdə depo və onun yerləşdiyi bütün ərazidə müsbət dinamik inkişafa təkan verəcək.

Qeyd edək ki, 2022-ci ildə istifadəyə verilmiş "Xocəsən" elektrik deposunun ərazisində çirkab və tullantıların təmizlənərək yerində ağacların əkilməsi, yaşıllıqların salınması ekologiyaya verilmiş töhfələr kimi nümunə hesab oluna bilər. Vaxtilə antisanitariya vəziyyətinin hökm sürdüyü, bataqlıq, çirkab, tullantıların ekoloji tarazlığa neqativ təsir göstərildiyi ərazidə biomühitin yaxşılaşdırılması Xocəsən qəsəbəsinin şimal hissəsində tamamilə fərqli mənzərə yaradıb.

Paylaş

Xəbər lenti

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR