7-04-2025, 10:48 323

Bakıda tıxacların aradan qaldırılması istiqamətində MÜHÜM ADDIM

Paytaxtda şəhər mərkəzinə doğru nəqliyyat vasitələrinin ifrat yüklənməsi nəticəsində sıxlıq və tıxacların yaranması təkcə nəqliyyat məsələlərinin həllini deyil, həm də ətraf mühitə və ekoloji standartlara davamlı artan neqativ təsirlərin aradan qaldırılmasını gündəliyə gətirir.

BAKU.WS xəbər verir ki, çoxsaylı parametrlər üzrə aparılmış tədqiqatlar göstərir ki, metropoliteni genişləndirmədən paytaxtın mobillik planlarının inkişaf etdirilməsi mümkünsüzdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il yanvar ayının 30-da imzaladığı Sərəncamla təsdiq edilən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, görüləcək işlər məhz bu problemlərin həllinə başlanılmasını nəzərdə tutur.

10 yeni stansiyanın inşası ilə yanaşı, metropolitenin mövcud Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsi şəhərin düyünlənmiş problemlərinin həllində xüsusi yer tutur. 

Xətlərin ayrılması layihəsinin icrasında birinci dərəcəli vəzifə Yaşıl xəttə xidmət göstərəcək "Dərnəgül" elektrik deposunun inşasıdır. 

Deponun baş planı hazırlanaraq, burada inşa olunacaq obyektlər və qurulacaq sahələrin layihələri ekspertiza təsdiqinə təqdim edilib. Qanunvericiliyin tələbinə uyğun olaraq, depo layihəsinə daxil ərazidə ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) aparılıb və bu istiqamətdə bütün işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmaqla həyata keçiriləcək. 

Tikinti, eləcə də bərpa işlərindən əvvəl ərazidə çalışan metropoliten əməkdaşlarına, podratçı və subpodratçılara, onların işçilərinə ətraf mühit üzrə təlimlər təşkil olunacaq.

Tikinti zamanı yaranmış bərk tullantılar qaydalarauyğun utilizasiya ediləcək. Geoloji mühitə və hidrogeoloji şəraitə təsirlər, torpaq eroziyası, çirklənmə və tikinti sahəsində sağlamlıq riski, toz əmələ gəlməsi, hava və səs çirklənməsi, suötürücü şəbəkə və üfüqi drenajın təşkili, suya qənaət xüsusi olaraq diqqətdə saxlanılacaq. İnşaat meydançasında nəqliyyat vasitələri və xüsusi texnikanınhərəkət sürəti normalar daxilində tənzimlənəcək.

Ərazidə qrunt sularının mühəndis-geoloji təsirləri də öyrənilib.

"Dərnəgül" eletrik deposu üçün ayrılmış sahədəyeraltı sular yer səthindən orta hesabla 7,5 m dərinlikdə yerləşir. Bu səbəbdən yeraltı suların hidrodinamik rejiminin pozulması gözlənilmir. Tikinti-quraşdırma zamanı və gələcəkdə deponun fəaliyyəti dövründə hidroloji şəraitə təsirlər istisna edilir. Həmçinin yeraltı qrunt sularının çirklənmə risklərini tamamilə azaltmaq məqsədilə yanacaq və kimyəvi maddələrin, təmizlənməmiş kanalizasiya və çirkab sularının, tullantı materialların ən müasir və ekoloji təmiz idarəetmə sistemi yaradılacaq.

İşlərin reqlamenti elə qurulub ki, təbiət hadisələri iləbağlı mümkün maneələr vaxtında aradan qaldırılacaq. Ərazidə relyefin üst qatının müvəqqəti və daimi bərkitmə prosesləri qısa müddətdə icra olunacaq. Fəal yağıntılar dövrünə qədər torpaq qatında əsas təmizləmə və hamarlamaya ehtiyac olan işlər yekunlaşdırılacaq, külək eroziyasına qarşı nəzarət tədbirlərindən istifadə olunacaq, habelə küləkli hava şəraitində tozun ətraf ərazilərə yayılmasının qarşısı alınacaq.

Yaşıllıq üzrə mütəxəssislər və ETSN əməkdaşları ilə aparılan tədqiqatlarla sahədəki ağacların mövcud durumu, layihənin yaşıllaşdırma dizaynına uyğun ağacların köçürülmə imkanları öyrənilib.

Köçürmə prosedurları aidiyyəti üzrə razılaşdırmaqla mərhələli şəkildə həyata keçiriləcək.

Həmçinin ərazidə yaşıllaşdırmaya xüsusi diqqət yetiriləcək. Bu, depoda çalışacaq işçi heyətinin sağlamlığı,asudə vaxtının səmərəli təşkili, iş yeri və əməyin təhlükəsizliyi baxımından da əhəmiyyət kəsb edir. 

Görüləcək tədbirlər depo ilə yanaşı, yaşayış, biznes və istehsalat müəssisələrinin yerləşdiyi bu ərazidə mikromühitin sağlamlaşdırılması, biomüxtəlifiyinzənginləşdirilməsi və təmiz ekoloji mühitin formalaşmasına töhfə verəcək.

Paylaş

Xəbər lenti

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR