
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
AVESTA.AZ xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında aprelin 10-da ölçü transformatorlarının yoxlanılması işləri aparılacaq.
Bu səbəbdən, sabah saat 10:30-dan 13:00-dək Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.