
Şahzadə Uilyam və Ketrin Middlton uşaqları ilə birlikdə Fransada gizli istirahətdə görüntülənib.
BAKU.WS xəbər verir ki, şəkillər "Paris Match" nəşrinin saytında dərc olunub.
Uels şahzadəsi övladları ilə birlikdə Kurşovel dağ-xizək kurortunda görülüb. Məlumata görə, kral ailəsinin üzvləri dostlarına məxsus, meşələrin birinin kənarında yerləşən sadə bir şaledə qalıblar.
Paparassilər Ketrin Middltonun 11 yaşlı şahzadə Corc, 9 yaşlı şahzadə Şarlotta və 6 yaşlı şahzadə Lui ilə birlikdə xizək sürdüyü anları lentə alıblar. Nəşrdə həmçinin şahzadə Uilyamın təlimçi tərəfindən hədiyyə edilən bir şərab şüşəsini diqqətlə seyr etdiyi fotolar da yer alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.