11-04-2025, 20:48 419

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

Azərbaycan sülh sazişinin imzalanması üçün əmin olmalıdır ki, Qarabağa iddialardan imtina təkcə Ermənistan hakimiyyətinin yanaşması deyil, həm də bütövlükdə Ermənistan cəmiyyətinin mövqeyini əks etdirir.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu Braziliyanın "Folha de S.Paulo" nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, sülh sazişinin mətni üzrə razılaşma mühüm mərhələni əhatə edir, lakin bu, hərtərəfli nizamlanma yolunda yalnız ilkin addımdır.

"Razıyam ki, sülh sazişinin mətni üzrə danışıqların başa çatması çox mühüm mərhələdir. Amma mahiyyət etibarı ilə o, (sülh prosesini nəzərdə tutur – red.) daha geniş məfhumdur. Deyərdim ki, bu, iki fəsildən ibarət kitab kimidir və bütün kitabı oxuduğunuzu demək üçün hər iki fəsli oxumaq lazımdır.

Birinci fəsil başa çatıb, çünki Azərbaycanın hazırladığı və Ermənistana təklif etdiyi sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən çox vaxt sərf etdik. Bu nəticəyə nail olmaq üçün kifayət qədər siyasi iradə və çeviklik nümayiş etdirdik. Lakin hər şeyin artıq edildiyini və sadəcə imza qaldığını düşünmək düzgün olmazdı. Kitabın ikinci fəsli qalmaqda olan iki əsas maneəyə həsr olunub", - Prezidentin nümayəndəsi vurğulayıb.

Sülh sazişinin imzalanmasına əsas maneələrdən danışan Əmirbəyov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunu, o cümlədən ATƏT-in bir sıra lazımsız institutlarının (Minsk Qrupu) hələ də varlığını qorumasını bu baxımdan xüsusi vurğulayıb.

"Deyərdim ki, bu şərtləri yeni və ya süni adlandırmaq ədalətsizlik və qeyri-dürüstluk olardı. Çünki biz iki ildən artıqdır ki, buna nail olmağa çalışırıq. Hesab edirik ki, Ermənistan Konstitusiyasından sülh sazişinin mətninə və ruhuna zidd olan məqamları çıxarmaq lazımdır. Biz gələcəkdə kiməsə bu münaqişəyə qayıtmaq üçün nəzəri şans belə vermək istəmirik. Ermənistan səmimiyyətlə sülh sazişi bağlamaq istəyirsə, Konstitusiyasının bu hissəsini dəyişdirmək üçün lazım olan hər şeyi etməlidir", - o söyləyib.

Azərbaycan Prezidentinin nümayəndəsi xatırladıb ki, sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən artıq vaxt lazım olub.

"İndi o, bir kənarda qalır və biz gözləyirik. Top Ermənistandadır. Onlar bizi əmin etməlidirlər ki, Qarabağa olan iddialarından birdəfəlik imtina ediblər. Özü də təkcə hökumət deyil, bütünlükdə Ermənistan xalqı. Çünki bizim üçün bu sazişi təkcə baş nazir Nikol Paşinyan hökuməti ilə imzalamamaq vacibdir. Erməni xalqı Qarabağa iddialarından imtina etməyə hazır deyilsə, hansı sülhdən danışmaq olar?!", - Əmirbəyov sözlərinə əlavə edib.

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR