
Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
AVESTA.AZ "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Avcılar rayonunda qeydə alınıb.
İki metrobusun toqquşması nəticəsində 21 nəfər yaralanıb. Onlardan ikisi uşaqdır.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə tıxaca səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.