
İki ay öncə avtomobil vuran qadın xəstəxanada ölüb.
AVESTA.AZ xəbər verir ki, hadisə 20 fevralda Binəqədi qəsəbəsində baş verib.
Belə ki, Kamran Ağayevin idarə etdiyi "Mitsubishi Pajero" markalı 77-CM-706 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yolun kənarında yerləşən avtobus dayanacağında dayanmış Saray Səlimovanı vurub.
Saray Səlimova Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, o, dünən ölüb.
Faktla bağlı cinayət işi açılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.