
Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsi 397 ünvanında antisanitar vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
AVESTA.AZ-in "qaynar xətti"nə daxil olan məlumata əsasən, açıq şəkildə axıdılan çirkab sular və heyvan qanı nəinki üfunət yayır, hətta ciddi infeksiya mənbəyinə çevrilib. Sakinlər qeyd edirlər ki, bu vəziyyət həm onların sağlamlığına, həm də ətraf mühitə ciddi ziyan vurur.
Sakinlər məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, problemin həll olunmadığını deyirlər. Onlar aidiyyəti qurumlardan vəziyyətə dərhal müdaxilə edilməsini, ərazidə dezinfeksiya işlərinin aparılmasını və qanunsuz heyvan kəsimlərinin qarşısının alınmasını tələb edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.