
Renault və Nissan arasında illərdir davam edən əməkdaşlıq sona yaxınlaşır.
AVESTA.AZ xəbər verir ki, Yaponiyanın avtomobil nəhəngi Nissan, Renault şirkətinin İdarə Heyətinin sədri Jan-Dominik Senarın 2025-ci ilin iyun ayında şirkətin Direktorlar Şurasından ayrılacağını açıqlayıb. Bildirilir ki, bu qərarın əsas səbəbi Nissan-ın maliyyə göstəricilərindəki pisləşmə olub.
USNews-un məlumatına görə, Senarla yanaşı, fransız brendinin daha bir nümayəndəsi – Pyer Flörio da Direktorlar Şurasından çıxacaq. Bu addım Renault-nun artıq Yapon tərəfdaşının idarəetməsində iştirak etməyəcəyini və bunun nəticəsində uzun illər davam edən əməkdaşlıq münasibətlərinin sona çatacağını göstərir.
Qeyd edək ki, mart ayında Renault-un Çinli Geely şirkəti ilə əməkdaşlığı genişləndirmək istədiyi, bu səbəbdən Nissan ilə əlaqələri zəiflətməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.