
“Renault” “Tesla” və ya çinli rəqibləri ilə endirim yarışına girmək iqtidarında deyil.
“AVESTA.AZ” ə istinadən xəbər verir ki, bu barədə fransız avtomobil istehsalçısının baş texniki direktoru Jil Le Born Almaniya Beynəlxalq Avtomobil Sərgisində jurnalistlərə açıqlamasında bildirib.
“Yaxşı strategiya qiymətləri saxlamaq və müəyyənləşdirilmiş xərcləri tənzimləməkdir”, - o qeyd edib.
Agentlik UBS analitiklərinə istinadən xatırladır ki, “Renault”nun Avropaya yüksək təsiri onu “Tesla” və çinli rəqiblərinin elektromobillərdə yeni rəqabətə ən çox məruz qalan adlarından birinə çevirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.