18-04-2025, 20:48 360

İlham Əliyev və Mehriban Əliyeva

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.

AVESTA.AZ xəbər verir ki, "Agalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlət başçısına və birinci xanıma "Sea Breeze"də istismara verilmiş "Park Residences 2" layihəsi barədə məlumat verib.

Bildirilib ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində "Sea Breeze" ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz "Park Residences 2" layihəsinin binalarında yerləşib.

Sonra Prezident İlham Əliyevə "Sea Breeze"in ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verilib. Qeyd olunub ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.

Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.

Daimi yaşayış və yüksəksəviyyəli istirahət infrastrukturunu özündə birləşdirən "Sea Breeze" gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir.

Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən "Sea Breeze" 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.

Əsas layihələri sahil zolağında yerləşən "Sea Breeze" gələcəkdə ölkənin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.

Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan "Caspian Dream Liner" süni adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində "Sea Breeze" qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək.

İrimiqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyaşöhrətli memarlar cəlb olunur.

2028-ci ilədək burada daha 700 binanın tikilməsi, həmçinin ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq.

"Sea Breeze"də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır. 2024-cü ilin yekunlarına görə, "Sea Breeze" ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergiödəyiciləri sırasında yer alıb.

***15:26

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri aprelin 18-də Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində həyata keçirilən cari və perspektiv layihələrlə tanış olublar.

AVESTA.AZ xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Paylaş

Xəbər lenti

Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir Bu gün, 20:48 DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir Bu gün, 20:48 Şuşa - media dialoqunun paytaxtı Bu gün, 20:48 Adil Kərimlinin Şuşada keçirəcəyi vətəndaş qəbulunun tarixi açıqlanıb Bu gün, 20:48 ABŞ-nin İrandakı hərbi əməliyyatının xərcləri 100 milyard dollara çata bilər Bu gün, 20:48 Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb Bu gün, 20:48 Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub Bu gün, 19:48 Rafiq Hüseynov: "Komandamız optimal hazırlıq səviyyəsindədir" Bu gün, 19:48 Cənubi Koreya prezidenti yeganə mənzilini satır Bu gün, 19:48 Ülvi Mehdiyevin Baku TV-yə müsahibəsi yayımlanacaq: Nələr müzakirə ediləcək? Bu gün, 19:48 ABŞ-nin sabiq lideri Co Bayden prezidentlik dövründən kitab yazıb Bu gün, 19:48 Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Hadisənin ilkin səbəbi bəlli oldu Bu gün, 19:48 CAR mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb Bu gün, 19:48 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB Bu gün, 18:48 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar? Bu gün, 18:48 Pirşağıda infrastruktur problemi: Nə işıqlandırma var, nə də normal yol - Bu gün, 18:48 Slovakiya Prezidenti "Sea Breeze"lə tanış olub Bu gün, 18:48 Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya mərkəzinə çevrilməsi üçün danışıqlar aparılır Bu gün, 18:48 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb Bu gün, 18:48 Nazir idarə rəisini təqaüdə göndərdi Bu gün, 18:48 "Azercell Cup – 2026" proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı Bu gün, 17:48 Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir Bu gün, 17:48 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı Bu gün, 17:48 Dayılardan bacılarının qızını sevən yeniyetməyə AMANSIZ DAVRANIŞ Bu gün, 17:48 İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb Bu gün, 17:48 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Bu gün, 17:48 Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək Bu gün, 17:48 Azərbaycan və Malayziya arasında vizasız rejim tətbiq oluna bilər Bu gün, 17:48 Ülvi Mehdiyev "Baku TV"nin suallarını cavablandırıb Bu gün, 17:48 "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub Bu gün, 17:48 Şuşa Forumunda prezidentin verdiyi mesajların geosiyasi əhəmiyyəti nədir? - MÜZAKİRƏ Bu gün, 17:48 Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü Bu gün, 17:48 Su fasilələri ən çox Argentinaya fayda verib Bu gün, 17:48 İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ Bu gün, 16:48 Atropatena dövrünə aid "Seyidin yeri" adlı yaşayış məskəni aşkarlanıb Bu gün, 16:48 ABŞ-də yay rejiminin dəyişilməsi LƏĞV EDİLDİ Bu gün, 16:48 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? Bu gün, 16:48 Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib Bu gün, 16:48 Azərbaycan I yarımildə 10 milyon tondan çox neft ixrac edib Bu gün, 16:48 Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb Bu gün, 16:48 Deniz Baykalın həyat yoldaşı Olcay Baykal vəfat edib Bu gün, 16:48 Prokurorluq uşaq hüquqlarının müdafiəsi üzrə dövlət nəzarəti qurumları siyahısına daxil edilib Bu gün, 16:48 Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb Bu gün, 16:48 Azərbaycanda ilk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub Bu gün, 16:48 Bakıda külək ağacı maşının üzərinə aşırdı Bu gün, 15:49 Şuşadan verilən mesajlar Bakı-Bratislava əməkdaşlığını yeni mərhələyə yüksəltdi - RƏY Bu gün, 15:49 Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub Bu gün, 15:49 Azərbaycanda 1 vəkil kollegiyadan xaric olunub, 4-ü cərimələnib Bu gün, 15:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR