21-04-2025, 14:48 326

Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Hanoyda Nguyen Dinh Chieu orta məktəbində olub.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məktəbdə yaradılan tədris şəraiti ilə tanış olub.

Burada keçirilmiş görüşdə fondun ölkəmizdə görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv təhsil sahəsindəki layihələri barədə məlumat verilib. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişinin imzalandığı, bu layihənin görmə qabiliyyəti məhdud insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsinə yönəldiyi qeyd edilib. Görmə qabiliyyəti məhdud uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü əsasında xüsusi internat məktəbinin nəzdində mətbəə yaradıldığı, burada Brayl əlifbası ilə dərslik və dərs vəsaitlərinin çap olunduğu bildirilib.

Leyla Əliyeva inklüziv təhsilə dəstək çərçivəsində Vyetnamdakı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim edib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən məktəbə görmə qabiliyyəti məhdud uşaqların təhsilinə dəstək məqsədilə bir sıra avadanlıqlar hədiyyə olunacaq.

Qeyd edək ki, 1982-ci ildən fəaliyyət göstərən məktəb görmə qabiliyyəti məhdud uşaqlar üçün nəzərdə tutulub. 1988-ci ildən isə sözügedən məktəbdə görmə qabiliyyəti olan şəxslər də təhsil ala bilirlər. Məktəbdə hazırda 1 800 şagird, o cümlədən 145 görmə qabiliyyəti məhdud şəxs təhsil alır.

Müəllim heyəti akademik fənlərin tədrisi ilə yanaşı, həm də inklüziv təhsil modelinin inkişafı ilə məşğul olur. Burada inklüziv təhsil üçün geniş sistem qurulub. Məktəbin missiyası bərabərkeyfiyyətli təhsil imkanlarını təmin, müstəqilliyi və cəmiyyətə inteqrasiyanı təşviq etməkdir.

Paylaş

Xəbər lenti

Qorçulu kəndində Azərbaycan irsi erməniləşdirilib, sakinlər etnik təmizləməyə məruz qalıb Bu gün, 00:48 Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib Bu gün, 00:48 Soyuq havalarda insan orqanizmi üçün ən vacib qidalar – qışda süfrənizdən əskik etməyin Bu gün, 00:48 Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" Dünən, 23:48 Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb Dünən, 23:48 Yasamal, Səbail və Abşeronun bir sıra ərazilərində sabah işıq olmayacaq Dünən, 23:48 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib Dünən, 23:48 Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib Dünən, 23:48 Putin Avropa ilə müharibə ehtimalından danışdı: "Rusiya buna hazırdır" Dünən, 23:48 Ziya Bünyadov prospektində yük avtomobili qəzaya uğrayıb, hərəkət məhdudlaşdırılıb Dünən, 23:48 Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb Dünən, 22:48 Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb Dünən, 22:48 Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Dünən, 22:48 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib Dünən, 22:48 Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur Dünən, 22:48 Türkiyənin Respublika Günü Bakıda qeyd olundu - "Haber Global"ın süjeti Dünən, 22:48 TƏBİB: Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb Dünən, 21:48 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü Dünən, 21:48 Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb Dünən, 21:48 Kirayə mənzillərdə YENİ ŞƏRTLƏR - Mənzil almaq çətinləşdi, yoxsa asanlaşdı? Dünən, 21:48 İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb Dünən, 21:48 İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub Dünən, 21:48 Sabah Xətai və Suraxanı rayonlarının bəzi küçələrində qaz olmayacaq Dünən, 20:48 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı Dünən, 20:48 MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır Dünən, 20:48 SEPAH: Hörmüzdə vurulan ABŞ dronlarının sayı 68-ə çatıb Dünən, 20:48 Ərdoğan Mirziyoyevlə görüşdə TDT-nin güclənəcəyini bildirib Dünən, 19:48 Zaur Rzayev vəfat etdi Dünən, 19:48 Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub Dünən, 19:48 Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri Dünən, 19:48 Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək Dünən, 19:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Balabəy Ağayev qızıl medal qazanıb Dünən, 19:48 Hökumətin xəbərdarlığından sonra əhali marketlərə axışdı: İngiltərə fövqəladə vəziyyətə hazırlaşır Dünən, 19:48 AQTA: Ceyranbatanda məktəbdə qida zəhərlənməsi faktı təsdiqini tapmayıb Dünən, 19:48 İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək? Dünən, 18:48 "İstirahətə gedirik" deyən ər-arvadın avtomobilindən 36 milyon tapıldı Dünən, 18:48 "Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb Dünən, 18:48 Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu Dünən, 18:48 Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK Dünən, 18:48 Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub Dünən, 18:48 Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib Dünən, 17:48 Qan qrupları ilə zəka arasında əlaqə olduğu iddia edilir Dünən, 17:48 Xocalıda üç nəfər cərimələnib - SƏBƏB Dünən, 17:48 Baba Vəziroğlu: "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" Dünən, 17:48 Vüsalə Əlizadə: "Əlinə taxta parçası alan toy aparıcısı olur" Dünən, 17:48 Paşinyan hakimiyyətin hansı halda istefaya gedəcəyini açıqladı Dünən, 17:48 Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir Dünən, 17:48 ABŞ-nin ştatında saqqız satışına qadağa qoyula bilər Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR