
Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi ölkənin keçmiş Prezidenti Bəşər Əsədin dövründə Livanın "Hizbullah" təşkilatı ilə koordinasiyaya cavabdeh olan Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Süleyman əl-Teynəvinin saxlanıldığını açıqlayıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatına istinadən "Əl-İhbariyyə" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Süleyman əl-Teynəvi Suriyada "Hizbullah" liderləri ilə bir sıra qruplaşmalar arasında koordinator kimi fəaliyyət göstərib və onlara dəstək verməyə kömək edib. Bundan əlavə, Suriyanın yeni hökumətinin fikrincə, əl-Teynəvi mülki şəxslərə qarşı hərbi cinayətlər törətməkdə iştirak edib.
DİN-in məlumatına görə, iş istintaqın və hüquqi prosedurların başa çatdırılması üçün prokurorluğa verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.