
Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə təşkil olunacaq rəsmi ziyafətin menyusu bəlli olub.
AVESTA.AZ xəbər verir ki, tədbir yüksək protokol çərçivəsində təşkil olunacaq və qonaqlara həm Çin, həm də Azərbaycan mətbəxinə məxsus dadlar təqdim ediləcək. Tədbirdə səsləndiriləcək musiqi nümunələri sırasında "Arşın mal alan" filmindən parçalar, "Ağ yelkən", "Mənim Azərbaycanım", "Bakı", "Sənə də qalmaz", "Nostalji" kimi yaddaqalan əsərlər yer alacaq. Musiqilər Çinin Xalq Azadlıq Ordusunun Hərbi Orkestri tərəfindən, tanınmış dirijor Çjao Çuantszeyin rəhbərliyi ilə ifa olunacaq.
Ziyafətin menyusu zənginliyi və orijinallığı ilə seçilir.
Soyuq başlanğıclar:
Toyuq bulyonunda müxtəlif dəniz məhsulları
Xırtıldadılmış mal əti dilimləri
Ənənəvi Pekin ördəyi
Bulyonda bişirilmiş mövsümi tərəvəzlər
Safran sousunda bişirilmiş treska balığı
İsti yeməklər və desertlər:
Ördək yumurtası və xərçəng əti ilə hazırlanmış əriştə
Şirin xurma içlikli forma verilmiş toplar
Çiçək formalı kremli tort
Mövsümi meyvələr və dondurma
Qəhvə və ənənəvi Çin çayı
Qeyd edək ki, ziyafətdə Çin və Azərbaycan musiqilərindən ibarət musiqi proqramı də təqdim olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.