24-04-2025, 13:48 395

1 milyon itirən eks-məmur oğlu dindirildi -

"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə 1 milyon 300 min dollarının ələ keçirilməsi ilə bağlı məhkəmədə ifadə verib.

AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəər verir ki, Babək Məmmədzadə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Bu iş üzrə 33 yaşlı birjaçı Nizami Alışan mühakimə edilir. İttihama görə, Nizami Babək və digər iki nəfərin investisiya saytındakı 4 milyon manatını ələ keçirib.

Babək Məmmədzadə ifadəsində deyib ki, ixtisasca diplomatdır. Xeyli vaxtdır Türkiyədə yaşayır, orada tikinti işi üzrə sahibkardır. Nizami ilə 20 ildən çoxdur tanışdır, orta məktəbdə bir sinifdə oxuyublar. Zərərçəkmiş Nizaminin birja işlərində bacarıqlı olduğunu etiraf edib, bu səbəbdən onunla iş görüb: "2021-ci ilin əvvəlindən birlikdə işləməyə başladıq. Dedi ki, yaxşı fürsətlər var, pul qoy, pul götür. Mən də razılaşdım. Əvcəlcə 100 min qoydum. Bir neçə aya 1 milyon 300 min manat etdi. Amma o pulu götürə bilmədim. 2023-cü ilin əvvəlində artıq şübhələnməyə başladım. Bundan sonra bir müddət də müxtəlif bəhanələrlə məni aldatdı. Gah saxta elektron poçt ünvanları göndərdi, gah dedi pulu başqa şirkətə köçürüb. Məcbur qalıb şikayət etdim. Mənimlə görüşəcəyi gün də onu həbs etdilər. Nizami sinif yoldaşım idi, ağlımın ucundan keçməzdi ki, məni aldadar".

Fotoda: Məhəmməd Məmmədov

Hakim Vüqar Quliyev zərərçəkmişdən investisiya şirkətinə qoyduğu pulları necə qazandığını soruşub, həmin pulun onda olub-olmamasını dəqiqləşdirmək istəyib. Zərərçəkmiş isə həmin pulları dostlarından götürdüyünü, şəxsi avtomobilində Nizamiyə verdiyini deyib. 

Təqsirləndirilən şəxsin vəkili Samir İsayev isə Babəkdən müvəkkili ilə hansı şərtlə razılaşdığını soruşub.

"Demişdi aylıq qazancın yarısı sənin olacaq. Düzdür, əvvəl təklif etdi ki, istəyirsənsə, daha yüksək faizlə riskli yatırım edək. Amma mən razılaşmadım. Dedim ki, az olsun, amma riskə atmayaq", - deyə o cavab verib.

Fotoda: Nizami Alışan

Zərərçəkmişdən sonra təqsirləndirilən şəxs bu epizod üzrə sərbəst ifadə verməyə başlayıb. Nizami sinif yoldaşının dediklərini qəbul etməyib, Babəkin pullarını qaytardığını bildirib: "Babək deyirdi ki, mənə maksimum qazanc ver. Mən onun özünün qoyduğu pulun hamısını qaytarmışam. O isə daha çox pul istəyirdi. Mən dələduz deyiləm. Babək ali təhsilli insandır. Amma hər bir ağıllı insan bilir ki, investisiyada risk var. Birjaya heç kim 100 faiz zəmanət verə bilməz. O özü də bunu bilir. Babəklə Zeynal Usubov və Yadigar İsrafilov tanış idilər. Onları da mənimlə Babək tanış etmişdi".

Növbəti iclasda müttəhim digər epizodlar üzrə də ifadə verəcək.

Qeyd edək ki, bu cinayət işi üzrə Nərimanov rayon prokurorunun sabiq müavini Zeynal Usubov və Yadigar İsrafilov da zərər çəkib. Z.Usubov artıq məhkəmədə dindirilib.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.

Paylaş

Xəbər lenti

Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR