
Türk kino sənətninin "Sultan"ı Türkan Şoray çəkildiyi "Yılanı Öldürseler" filmi ilə bağlı illər sonra etiraf edib.
AVESTA.AZ xəbər verir ki, Bursada "Yılın Aydını Yaşar Kemal" adlı tədbirə qatılan aktrisa 1981-ci ildə bu filmdə canlandırdığı "Esma" rolundan danışıb.
""Esma" çox gözəl bir obraz idi. O rola çəkilməyə hazırlaşanda mədəmə ağrılar girirdi. Bu rolu çox sevirdim" -deyə aktrisa bildirib.
O daha sonra ekran işinin rejissoru Yaşar Kemal ilə tanışlığından danışıb.
"Həyatımda bu qədər səmimi, həyat dolu, bu qədər insanları sevən, hörmətli, səsli, mərhəmətli bir insanla tanış olmamışdım. O dedi ki, "Sən bu filmin rejissoru olacaqsan. Mən ssenari yazaram" dedi".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.