
Ermənistanın paytaxtı İrəvanın Davtaşen inzibati rayonunda körpünün altından qətlə yetirilmiş iki kişinin meyiti aşkarlanıb.
“AVESTA.AZ” bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.
Faktla bağlı Ermənistanın Cinayət Məsəlləsinin adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Polis ölənlərin şəxsiyyətini araşdırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.