4-05-2025, 15:48 253

Rəsmi servis, yoxsa

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 353 milyon 777,12 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyon 913,88 min ABŞ dolları və yaxud 7,9 faiz çoxdur. Rəqəmlərdən də görünür ki, avtomobil ehtiyat hissələrinə çəkilən xərc və tələb artmaqdadır. Bəs sürücülər bu ehtiyat hissələrini əsasən haradan əldə edirlər? Son dövrün tələbi halına gələn Çin avtomobillərinə ehtiyat hissəsi tapmaq olurmu?

BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Ölüxana"lar tarixə qovuşacaq"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyevin fikrincə, bazara daxil olan avtomobillərin və onların ehtiyat hissələrinin artması son illər bu sektorda olan islahatlar, ölkəmizdə həyata keçirilən utilizasiya proqramı, ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin nəticəsidir: "Ölkəmizə yaşı ondan artıq olan avtomobillər daxil olmur. Yeni avtomobillər onların ehtiyat hissələrinin də gətirilməsinə səbəb olur. Son zamanlar daha çox gələn ehtiyat hissələri yeni avtomobillərə aiddir. Bu ehtiyat hissələrini həm rəsmi dilerlər, həm də bu məhsulların satışı ilə məşğul olan mağazalar, şirkətlər ölkəmizə idxal edirlər. Artıq ölkəmizə gətirilən yeni avtomobillər üçün qapı-qapı gəzərək ehtiyat hissəsi axtarmağa ehtiyac yoxdur".

E.Əliyev deyir ki, avtomobilin yaşına əsasən ehtiyat hissələrinin tapıldığı məntəqələr dəyişir: "Dilerlər və mağazalardan başqa ölkəmizdə "ölüxanalar" da mövcuddur. "Ölüxanalar" daha çox yaşı ondan yuxarı olan avtomobillər üçündür. Yaşı az olan avtomobillər üçün insanlar yeni ehtiyat hissələri almağı daha üstün tuturlar. Hətta elə insanlar var ki, avtomobilinin yaşı ondan yuxarıdır, amma yeni ehtiyat hissəsi alır. Düşünürəm ki, "ölüxana"lar bir müddətdən sonra tarixə qovuşacaq. Daha çox klassik avtomobillər üçün fəaliyyət göstərəcək. Avtomobil parkımız yeniləndikcə, köhnə maşınlar utilizasiya prosesinə getdikcə, artıq "ölüxana"lara da ehtiyacımız olmayacaq".

"İnsanlara orijinal adı ilə saxta məhsul satırlar"

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, avtomobil ehtiyat hissələrinin idxalı artsa da, burada aldanmaq da mümkündür: "Ölkəmizə bir neçə formada ehtiyat hissələri gətirilir. Bu ehtiyat hissələri orijinal, orta, zəif olaraq kateqoriyalara bölünürlər. Bir çox hallarda sürücülər aldadılır. Məsələn, orijinal adı ilə insanlara saxta məhsullar satırlar. Hətta qablaşdırması belə orijinalından fərqlənmir. Burada ehtiyat hissələrini gətirən sahibkarlardan da çox şey asılıdır. Elə işbazlar var ki, qəsdən daha keyfiyyətsiz və ucuz məhsullar sifariş edirlər. Orijinal ehtiyat hissəsi 400-500 manatdırsa, saxtası 20-30 manata başa gəlir. Onlar da insanlara orijinal adı ilə ucuzunu satırlar. Bunun da səbəbi daha çox ehtiyat hissəsi satmaq hərisliyindən irəli gəlir. Bu kimi hallar hətta məşhur firmalarda da ola bilir".

Köhnəsi daha etibarlıdır?

A.Nəbiyevin fikrincə, bəzi ehtiyat hissələri var ki, onları ikinci əl almaq insanlara daha çox sərf edir: "Mağazalardan və yaxud "ölüxana"dan ehtiyat hissəsi əldə etmək əsasən insanların büdcələrinə görə olur. Kimin imkanı çatırsa, orijinal məhsula, kimin imkanı zəifdirsə, ikinci ələ müraciət edir. "Ölüxana"larda ehtiyat hissələri adətən xaricdən gələn avtomobillərin üzərindən sökülərək satılır. Yəni, elə orijinal məhsul hesab edilə bilər. Daha az istifadə olunmuş avtomobildən sökülmüş ehtiyat hissəsini uzun müddət istifadə etmək mümkündür. Hətta demək olar ki, yeni adı ilə aldığımız ehtiyat hissələrindən də davamlı olur. Yeni adı ilə aldıqlarımıza isə tam etibar edə bilmirik. Bəzi elektronika ehtiyat hissələrinə isə ümumiyyətlə zəmanət verilmir. Məhsulu maşına quraşdırdıqdan sonra işləmədikdə qaytarmaq da mümkün olmur".

"Çin avtomobillərinin ehtiyat hissələri çox azdır"

Ekspert ölkəmizdə yeni fəaliyyət başlayan avtomobil markalarının ehtiyat hissələri məsələsinə də toxundu: "Çin avtomobillərinin ehtiyat hissələri hələ ki, çox azdır. O səbəbdən də Çin avtomobilləri qəza etdikdə sürücülər aylarla gözləməli olur ki, ehtiyat hissələri idxal edilsin. "Ölüxana"larda isə hələ ki, Çin maşınlarının ehtiyat hissələrini tapmaq çətin məsələdir. Çünki həmin avtomobillər yenidir".

Xanım sürücülər daha çox aldadılır

A.Nəbiyev sürücülərə məsləhət gördü ki, aldanmamaq üçün tanıdıqları maşın ustalarına müraciət etsinlər: "Çünki onlar ehtiyat hissələrini sürücülərdən daha yaxşı tanıyırlar. Ustasız özbaşına aldıqda isə çox zaman aldadıla bilirik. Xüsusən də xanım sürücülərdə bu hal daha çox müşahidə edilir. Onların maşınlardan çox da anlayışı olmadığı üçün işbazlar rahatlıqla saxta məhsulları satmağa çalışırlar".

Yeni sürücülərə məsləhət

Ekspertin fikrincə, rəsmi servis mərkəzləri hər bir halda daha güvənlidir: "Amma kim ki, hələ ustalarla əlaqə yaratmayıb, sürücülükdə yenidir, tanıdığı biri yoxdursa, həmin şəxslər avtomobillərin rəsmi servis mərkəzlərinə üz tutsunlar. Servisdə avtomobil təmiri daha bahadır, amma vətəndaşları aldatmırlar. Onların təqdim etdikləri məhsulların keyfiyyəti digərlərindən daha yüksək olur. Gördükləri işə zəmanət də verirlər. Vətəndaş da bilir ki, dəyişdiyi ehtiyat hissəsini uzun müddət istifadə edə biləcək".

Paylaş

Xəbər lenti

İTV-nin baş direktoru vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün sənəd qəbulu elan ediləcək Bu gün, 16:49 "Leops" və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya Bu gün, 16:48 Aleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir" Bu gün, 16:48 "Çermet" körpüsünün asfalt örtüyündə PROBLEM Bu gün, 16:48 Avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan 25 və 23 yaşlı şəxslər HƏBS OLUNDU Bu gün, 16:48 Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb Bu gün, 16:48 Tramp İranla müharibəni mümkün qədər tez bitirmək istəyir Bu gün, 16:48 Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 "Xeyli pul yığırlar, amma..." - Buradan ev alanlar üçün həyat əsl kabusa çevrilib? - Baku TV Bu gün, 16:48 Firuzə İbadova artıq kişi müğənnilərlə duet oxumayacaq Bu gün, 16:48 Ordubadda qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb Bu gün, 16:48 Azərbaycan Ermənistandan nə idxal edib? - RƏSMİ CAVAB Bu gün, 16:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq Bu gün, 15:48 İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO Bu gün, 15:48 Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib" Bu gün, 15:48 Ronaldonun məşqdə halı pisləşdi Bu gün, 15:48 Türkiyəli məşhurların 90 faizi antidepressant dərmanlar qəbul edir Bu gün, 15:48 Həyətdə yıxılan 48 yaşlı kişi öldü Bu gün, 15:48 Hikmət Babaoğluna "Şöhrət" ordeni verilib Bu gün, 15:48 İran ABŞ və İsraildən vəzifəli şəxslərin qətlinə görə məsuliyyət daşımalarını tələb edir Bu gün, 15:48 Bəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildi Bu gün, 15:48 Böyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU Bu gün, 14:48 Sahibə Qafarova Matviyenko ilə Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib Bu gün, 14:48 İlin I rübündə 200-dən çox şəxsin diplomu tanınmayıb Bu gün, 14:48 Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər Bu gün, 14:48 Məktəbdə qətliam törədən İsanın atası: "Oğlum tez-tez interaktiv oyunlar oynayırdı" Bu gün, 14:48 Sevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu Bu gün, 14:48 İran rəsmisi ABŞ gəmilərini hədəf almaqla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 Məşhur aktrisa: "Ana-ata ola bilməyəcəksinizsə, uşaq dünyaya gətirməyin!" Bu gün, 14:48 Puqaçova aylıq kirayəsi 1,4 milyon olan dəbdəbəli villasından köçmür Bu gün, 14:48 "Qarabağ" – "Sabah" oyununa FIFA referisi Elçin Məsiyev təyinat alıb Bu gün, 13:48 Süni intellekt süd vəzi xərçəngini 5 il əvvəlcədən proqnozlaşdıra bilər Bu gün, 13:48 Tanınmış aktyor özəl məktəblərdəki "elit görüntülü" təhsili qınadı Bu gün, 13:48 Moskvada yenidən qar gözlənilir Bu gün, 13:48 Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2 dəfədən çox artıb Bu gün, 13:48 Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI Bu gün, 13:48 Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək Bu gün, 12:48 İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub Bu gün, 12:48 Məktəbə silahı hücum edən İsanın qəribə görüntüləri yayıldı Bu gün, 12:48 Tramp: İsrail və Livan liderləri 34 il sonra görüşəcək Bu gün, 12:48 Agentlik sədri şöbə müdirini işdən çıxardı Bu gün, 12:48 Ağdam sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:48 Ərinin qətlində təqsirli bilinən qadına 15 il həbs cəzası verilib Bu gün, 12:48 MN-nin sabiq rəsmisi ilə bağlı məhkəmə prosesi başlayıb Bu gün, 12:48 Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək Bu gün, 12:48 Gədəbəydə körpə qızdırmadan ölüb Bu gün, 12:48 Məktəbə silahlı hücum edən İsa ilə bağlı şok detal - Bu qatili özünə örnək götürüb Bu gün, 12:48 Sultan Dadaşov vəfat etdi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR