
Gəncədə gənc qadın özünə xəsarət yetirib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Ş.Şükürova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə Ş.Şükürova qonşusuna əsəbiləşərək özünə kəsici alətlə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.