6-05-2025, 12:48 196

Audiovizual Şura: Ötən il yaş məhdudiyyəti məsələlərində nöqsana görə iki yayım subyekti cərimələnib

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 9-cu maddəsi- televiziya və radio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblərə əsasən, televiziya və radio yayımı vasitəsilə yayımlanan, "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

AVESTA.AZ xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, vaxt məhdudiyyəti yalnız "16+" yaş kateqoriyasına aid informasiya məhsullarından bəzilərinə və "18+" yaş kateqoriyasına aid informasiya məhsullarına tətbiq edilir:

"16+" yaş kateqoriyasına aid "qorxu məzmunlu" informasiya məhsulları yerli vaxtla saat 07:00-dan saat 21:00-dək, digər "16+" yaş kateqoriyasına aid "erotik məzmunlu" informasiya məhsulları və "18+" yaş kateqoriyasına aid informasiya məhsulları (zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri təbliğ edən informasiya, cinayətləri təbliğ edən informasiya, pornoqrafik informasiya və.s) yerli vaxtla saat 06:00-23:00 arası yayımlana bilməz.

Eyni zamanda Qanun tələb edir ki, "18+" yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir".

Qeyd edilib ki, audiovizual mediada informasiya məhsulunun yaş təsnifatı ilə bağlı tələblərə riayət olunmasına nəzarət Audiovizual Şura tərəfindən həyata keçirilir: "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayılması ilə bağlı vaxt məhdudiyyəti olmadığından və işarələnmə ilə bağlı mütəxəssislərin çatışmazlığından, bu informasiya məhsullarının uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılmadığından və qadağan edilmədiyindən Audiovizual Şura yalnız "16+" və "18+" kateqoriyalı informasiya məhsulları ilə bağlı məsələlərə nəzarət edir.

"16+" və "18+" kateqoriyalı informasiya məhsulunun işarələnməməsi və vaxt məhdudiyyətinin tətbiq olunmaması ilə bağlı isə Audiovizual Şura qanuna müvafiq sanksiya tədbirləri görür. Belə ki, 2024-cü ildə "16+" və "18+" kateqoriyalı informasiya məhsulunun işarələnməməsi və vaxt məhdudiyyətinin tətbiq olunmaması ilə bağlı iki audiovizual media subyektinə protokol tərtib edilib və müvafiq məhkəməyə göndərilib. Müvafiq məhkəmə qərarlarına əsasən hər iki subyekt 3000 manat məbləğəndə cərimə edilib.

Bildirilib ki, audiovizual mediada uşaq hüquqlarının qorunması Audiovizual Şura üçün prioritet məsələlərdən hesab olunur: "Bu istiqamətdə fəaliyyət mütəmadi olaraq davam edir, qanunvericilik tələblərini pozmuş yayımçılara qarşı müvafiq tədbirlər görülməsindən başqa, yayımçılar ilə maarifləndirmə işləri də həyata keçirilir.

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun (bundan sonra – Qanun) 1.0.2-ci maddəsinə əsasən informasiya məhsulları dedikdə ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan media məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları nəzərdə tutulur.

Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, informasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir.

Paylaş

Xəbər lenti

Əməkdar artistin 38 yaşlı oğlu ilə rəqs etdiyi anlar Bu gün, 15:48 Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Bu gün, 15:48 Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatında bürünc medal üçün tatamiyə çıxacaq Bu gün, 15:48 Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb Bu gün, 15:48 Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb Bu gün, 15:48 Ağdaşda "Kənddən Şəhərə" yarmarkası təşkil olunur Bu gün, 15:48 Ronaldo Portuqaliya millisindən uzaqlaşdırıldı Bu gün, 15:48 Şərif: İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq Bu gün, 15:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarının Laçına səfərləri başa çatıb Bu gün, 15:48 Bakıda iki sərnişin avtobusu toqquşdu Bu gün, 15:48 Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib Bu gün, 15:48 Məktəbdə qalmaqal: Yüksək bal toplayan müəllim niyə kənarda qaldı? Bu gün, 14:48 Şahbaz Şərif İlham Əliyevə zəng edib Bu gün, 14:48 Qadını şantaj edən gənc həbs olundu Bu gün, 14:48 Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb Bu gün, 14:48 Şahbaz Şərif "ASAN xidmət"in Pakistanın bölgələrində tətbiqinə Azərbaycandan dəstək istəyib Bu gün, 14:48 Elməddin Ağayev: "Ermənilər kuklaların içərisinə mina qoymuşdular" Bu gün, 14:48 Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala yüksəlib Bu gün, 14:48 Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu Bu gün, 14:48 III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub Bu gün, 14:48 Dünya çempionatı: Uşanqi Kokauri Kənan Nəsibovu üstələyərək yarımfinala adlayıb Bu gün, 14:48 Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı Bu gün, 14:48 Dünya çempionatı: Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Bu gün, 14:48 İsmayıllıda ev və köməkçi tikili yanıb Bu gün, 13:48 Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatının 1/8 finalına yüksəlib Bu gün, 13:48 "Tanrının adamları" işıq üzü gördü Bu gün, 13:48 Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq Bu gün, 13:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb Bu gün, 13:48 Camal Qamzatxanov dünya çempionatında 1/8 finala yüksəlib Bu gün, 13:48 MDB-də sədrlik Azərbaycanın çoxtərəfli diplomatiyasında yeni imkanlar açan mərhələdir - RƏY Bu gün, 13:48 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir Bu gün, 13:48 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib Bu gün, 12:48 Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto Bu gün, 12:48 Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək Bu gün, 12:48 Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı Bu gün, 12:48 Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü Bu gün, 12:48 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib Bu gün, 11:48 Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər Bu gün, 11:48 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 11:48 Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi Bu gün, 10:48 Masazırda 4 maşın yandı - ANBAAN VİDEO Bu gün, 10:48 Lənkəranın bir sıra kəndlərinə dolu düşüb Bu gün, 10:48 Bu gün Aida İmanquliyevanın doğum günüdür Bu gün, 10:48 Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü Bu gün, 10:48 "Zirə" "Şamaxı" ilə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq Bu gün, 09:48 Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Bu gün, 09:48 Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb Bu gün, 09:48 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR