7-05-2025, 11:48 357

ŞAD XƏBƏR - 8 saatdan çox işləyənlərin maaşları artacaq

Azərbaycanda əmək münasibətlərində yeni mərhələyə keçid müzakirə olunur: saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi artıq rəsmi səviyyədə gündəmdədir.

AVESTA.AZ-in məlumatına görə, bu dəyişiklik Əmək Məcəlləsinə nəzərdə tutulan bir sıra islahatlardan biridir və hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Lakin bu təşəbbüs hələ qəbul edilmədən geniş ictimai və ekspert müzakirələrinə səbəb olub. Bu sistemin tətbiqi əmək bazarını necə dəyişəcək, vətəndaşlara və işəgötürənlərə hansı imkanları qazandıracaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov AVESTA.AZ-ə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək qanunvericiliyinə iki yüzə yaxın dəyişiklik paketi hazırlanıb:

"Onlardan biri də məhz saatlıq əməkhaqqı sisteminə keçidlə bağlıdır. Bu sistem bir sıra aspektlərdən vətəndaşların xeyrinə hesab olunur və əmək münasibətlərində daha çevik, şəffaf və rəqabətədavamlı bir mühitin formalaşmasına töhfə verə bilər.

İlk növbədə, saatlıq əməkhaqqı sistemi insanlara eyni anda bir neçə iş yerində çalışma imkanı yaradacaq. Beləliklə, bir şəxs müxtəlif saatlarda fərqli müəssisələrdə rəsmi əmək müqaviləsi ilə işləyə və bu yolla əlavə gəlir əldə edə biləcək. Bu da öz növbəsində ümumi əməkhaqqının artımı ilə nəticələnə bilər.

Digər mühüm üstünlük isə əmək hüquqlarının daha güclü qorunması ilə bağlıdır. Hazırkı sistemdə bəzi işçilər gündəlik 8 saatlıq normadan artıq, eləcə də istirahət günlərində çalışdıqları halda bu əməyə görə əlavə ödəniş almırlar. Saatlıq əməkhaqqı sistemi isə görülən işin real vaxt üzrə hesablanmasına imkan verəcək və işçinin hər saatı əmək müqaviləsində nəzərdə tutulmuş şəkildə ödəniləcək".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov əlavə edib ki, bu sistem qeyri-rəsmi məşğulluğun azaldılmasında mühüm rol oynaya bilər: "Xüsusilə özəl sektorda bəzi işəgötürənlər əmək müqaviləsi bağlamadan işçi çalışdırmağa üstünlük verirlər. Lakin saatlıq əməkhaqqı sistemində əmək saatına əsaslanan qiymətləndirmə işəgötürəni hər bir işçi ilə müqavilə bağlamağa təşviq edəcək. Bu da əmək bazarında şəffaflığın və dövlət nəzarətinin güclənməsinə yol açacaq.

Növbəti mərhələdə bu sistemin hüquqi bazasının daha da təkmilləşdirilməsi və əmək qanunvericiliyinin uyğunlaşdırılması gözlənilir. Saatlıq əməkhaqqı sistemi yalnız işçilər üçün deyil, eyni zamanda işəgötürənlər üçün də çevik və optimal kadr idarəetməsi baxımından yeni imkanlar vəd edir".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Bu gün, 16:48 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU Bu gün, 16:48 Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI Bu gün, 16:48 Avtomobillər ötən illə müqayisədə nə qədər bahalaşıb? - AÇIQLAMA Bu gün, 16:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb Bu gün, 16:48 Başını çəkiclə yardığı keçmiş arvadını bir müddət sonra bıçaqladı Bu gün, 16:48 Elnur Əliyev: "Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq" Bu gün, 16:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlanıb Bu gün, 16:48 Formula 1 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib Bu gün, 16:48 Sezai Uçarmak: "Azərbaycanın üç mindən çox investor şirkəti Türkiyədə fəaliyyət göstərir." Bu gün, 16:48 SOCAR və "Brookfield" enerji infrastrukturu və bərpa olunan enerji layihələrini müzakirə edib Bu gün, 16:48 Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi Bu gün, 15:48 SOCAR BP ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib Bu gün, 15:48 İşimizi şansa buraxmayaq! Bu gün, 15:48 NZS qəsəbəsində güclü yanğın SÖNDÜRÜLDÜ Bu gün, 15:48 Bakıda taksidən istifadə BAHALAŞIB - Ayda 330 manat... Bu gün, 15:48 Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM Bu gün, 15:48 Azərbaycan və Tacikistan baş nazirləri görüşdülər Bu gün, 15:48 Allahverən İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib Bu gün, 15:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub Bu gün, 15:48 Nazir ətin bahalaşmasından danışdı Bu gün, 14:48 Azərbaycanda bəzi şəxslərə mənzil paylanıldı Bu gün, 14:48 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd imzalandı Bu gün, 14:48 Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİB Bu gün, 14:48 SOCAR, ADSEA və "Esyasoft Holding" arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib Bu gün, 14:48 NZS qəsəbəsində güclü yanğın MƏHDUDLAŞDIRILIB Bu gün, 14:48 Dənizdə batan tələbələrin FOTOSU Bu gün, 14:48 Xəzərdə dənizində 14 hərbçi həlak oldu - Qazaxıstanın 5 yüksək rütbəli şəxsi SAXLANILDI Bu gün, 14:48 Lənkəranda 3 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 "Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüb Bu gün, 14:48 Prezident: "İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" Bu gün, 13:49 Prezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib Bu gün, 13:49 Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb Bu gün, 13:48 "Şikayətimizi eşidən yoxdur, zülm çəkirik" - Nərimanovdan ŞİKAYƏT Bu gün, 13:48 Yeni "Kalaşnikov" Azərbaycanda Bu gün, 13:48 Böyük kriptovalyuta birjası sındırıldı: 351 milyon dollar oğurlandı Bu gün, 13:48 "Formula-1": Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatdı Bu gün, 13:48 Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir, araşdırma başlanılıb Bu gün, 13:48 Azərbaycan vətəndaşları ən çox HANSI ÖLKƏLƏRƏ səfər ediblər? Bu gün, 12:48 Prezident İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib Bu gün, 12:48 Azərbaycanda iş rejimində DƏYİŞİKLİK: Tıxaclara təsir edəcək Bu gün, 12:48 Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR Bu gün, 12:48 İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir" Bu gün, 12:48 Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək" Bu gün, 12:48 İlham Əliyev İrakli Kobaxidzeyə zəng edib Bu gün, 12:48 Sabah Bakıda 27 dərəcə isti olacaq Bu gün, 12:48 İlham Əliyev: "Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" Bu gün, 12:48 Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başladı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR