22-10-2022, 00:00 569

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən iki il ötür

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının ikinci ildönümüdür.

"AVESTA.AZ" xəbər verir ki, 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.

Müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb. Dövlət başçısı Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətlə hər iki ölkənin xalqını təbrik edib.

Ağbənd qəsəbəsini və Ağbənd sərhəd zastavasını işğaldan azad edən Azərbaycan hərbçiləri bu barədə Ali Baş Komandan İlham Əliyevə raport verib.

Həmin gün Ağbənd qəsəbəsilə yanaşı Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri düşməndən təmizlənib.

Ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.

Beləliklə, işğaldan azad olunandan sonra ərazinin minalardan təmizlənmə əməliyyatı ilə yanaşı paralel olaraq qəsəbədə infrastrukturun bərpası işləri də aparılır.

Hazırda Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşası davam etdirilir. Bu avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir. Ümumi uzunluğu 123,8 km olan yolun təməli 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı qoyulub.

Bununla yanaşı Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası da davam etdirilir. 2021-ci ilin fevral ayında ölkə prezidentinin təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. I mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, II mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 km, III mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.

Qeyd edək ki, Ağbənd qəsəbəsi Zəngilanın Vejnəli kənd inzibati ərazi dairəsinə aiddir və 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının ətəyində yerləşir. Yaşayış məntəqəsinin adı ətəyində salındığı dağın adından götürülüb.

Paylaş

Xəbər lenti

Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ Bu gün, 13:48 "İrşad"da yeni tədris ilinə özəl "Yaşıl Cümə" fürsətləri başladı Bu gün, 13:48 Masazırda 5-ci sinif şagirdləri sinifsiz qalıb: "Təhsil almağa gəlirik, yoxsa parta daşımağa?" Bu gün, 13:48 Meyxanaçılar arasında DAVA: Balaəli həmkarına BUTULKA ATDI Bu gün, 13:48 Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub Bu gün, 13:48 Rusiyadan ABŞ-yə sərt reaksiya: "Kosmosda silahlanma qlobal təhlükəsizlik üçün riskdir" Bu gün, 13:48 Saturnun cənub qütbündə nəhəng 10 tərəfli atmosfer dalğası aşkarlanıb Bu gün, 13:48 ABŞ orbitə kosmik silah yerləşdirdi - təfərrüatlar açıqlanmadı Bu gün, 13:48 Hüceyrələrin erkən qocalması 55 yaşadək xərçəng riskini 15%-dək artıra bilər Bu gün, 13:48 Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb Bu gün, 13:48 Rusiyada isti hava dalğaları daha da güclənəcək Bu gün, 13:48 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb Bu gün, 12:48 SOCAR zavodu ildə yüz minlərlə ton neft-kimya məhsulu istehsal edir Bu gün, 12:48 "Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoruna hökm oxunub Bu gün, 12:48 Kubanıçbek Omuralıyev: "TDT-də loqistika, nəqliyyat, investisiya sahələrinə xüsusi diqqət yetirilir" Bu gün, 12:48 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü Bu gün, 12:48 İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib Bu gün, 12:48 Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı Bu gün, 12:48 "Qobustan" GES hər il 200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək Bu gün, 12:48 Firudin Qurbanov: Türkiyədə xaricdə təhsil proqramı üzrə 197 azərbaycanlı gənc təhsil alır Bu gün, 12:48 "Azərkimya" istehsal gücündən 85%-dən çox istifadə edəcək Bu gün, 12:48 Yol polislərimiz Belarusda qalib oldular Bu gün, 12:48 "Azərkimya" məhsullarının ixracında əsas hədəf Avropa bazarıdır Bu gün, 12:48 "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi Bu gün, 12:48 Hafiz Həsənova HÖKM OXUNDU: 400 min dollar necə leqallaşdırılıb? Bu gün, 12:48 Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib Bu gün, 11:48 "Lux Residence" - Yaşayış və biznes üçün doğru məkan Bu gün, 11:48 Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir Bu gün, 11:48 Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA Bu gün, 11:48 İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib Bu gün, 11:48 İlham Əliyev audit sahəsinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 "Elm ADAsı" yenidən "Planet FM"də yayımlanacaq Bu gün, 11:48 Bakıda supermarketdən turşu aldı: İÇİNDƏN GÖRÜN NƏ ÇIXDI Bu gün, 11:48 Bakıda ağır avtoqəza - Ölən var Bu gün, 10:48 Putin 2027-ci il seçkilərinə müdaxilə etməyə çalışacaq- Fransa XİN başçısı Bu gün, 10:48 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var Bu gün, 10:48 "Embawood"dan müştərisinə absurd cavab: "Güzgünüz istehsal prosesindədir" Bu gün, 10:48 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama Bu gün, 10:48 Gürcüstan Azərbaycana yeni səfir təyin edib Bu gün, 10:48 Bakıda 10 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib Bu gün, 09:48 UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür Bu gün, 09:48 Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək Bu gün, 09:48 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var Bu gün, 09:48 Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib Bu gün, 09:48 Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" Bu gün, 00:48 Bu bürcdən olan xanımlar daha çox qeybət etməyə meylli olur Bu gün, 00:48 Paytaxtın iki rayonunda su olmayacaq Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR