
"Ağalı kənd orta məktəbində ən çox sevdiyim hal məktəbin müxtəlif texnologiyalarla təchiz edilməsidir".
Bunu "Report"a Ağalı kənd orta məktəbində təhsil alan 6-cı sinif şagirdi Rüstəm Quluzadə deyib.
R. Quluzadə bildirib ki, riyaziyyat fənnini daha çox sevir və gələcəkdə mühəndis olmaq istəyir. Ona görə də məktəbdə dəsrlərin texnoloji vasitələrlə keçilməsini öz gələcəyi üçün faydaıı hesab edir.
"Hər gün saat 07:40-da himnimizi oxuyur və idman hərəkətlərimizi edirik. Saat 08:00 məktəbin içinə daxil oluruq. Dərs müddəti 6 dərsimiz olan günlərdə saat 13:10-a qədər, 5 dərsimiz olan günlərdə 12:15-ə qədər davam edir", - deyə gələcəyin mühəndisi bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.