22-10-2022, 16:52 543

"İslam amili, dəyərləri İran üçün ümumiyyətlə yalnız zərərli siyasi və ideoloji məqsədlər vasitəsidir".

Bunu "AVESTA.AZ"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat son günlər fars rejiminin Azərbaycan sərhədləri boyu hərbi təlimlər keçirməklə əzələ nümayişini qonşuluq münasibətlərinə yaraşmayan və İranın əsl mahiyyətini ortaya çıxaran proses olduğunu söyləyib: "Azərbaycan üçün İran adlı təhdid mövcud deyil və Azərbaycanın beynəxalq nüfuzu, hərbi gücü, o cümlədən başda Türkiyə ilə müttəfiqlik olmaqla sağlam strateji tərəfdaşlıqları ilə istənilən təhdidi başlandığı andan yerindəcə məhv etməyə qadirdir. Bildiyiniz kimi, bu günlərdə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında da xüsusi qeyd etmişdi ki, Şuşa Bəyannaməsi bölgəyə və dünyaya ciddi mesajdır. Əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır. Bu mənada az qala bütün dünya tərəfindən sanksiyalara məruz qalan Tehranın da mövcud işıq gələn yeganə pəncərəsindən məhrum edilməməsi üçün reallığı qəbul etməsi vacibdir. Tamamilə lazımsız istiqamətdə, yaramaz məqsədlərə xidmət edən mənasız təlimlərinə ayrılan güc, enerji və vəsaiti Tehran ölkə daxilindəki problemlərə yönəltsə, bu hər kəsdən çox elə İranın özünün faydasına olar".

Bəhruz Məhərrəmov
Bəhruz Məhərrəmov

Deputat bildirib ki, əslində, İran İslam adına vahid bir ideologiya ilə hərəkət etmir: "Amma 30 il İslam abidələri, məscidlər və qəbiristanlıqları məhv etmək üçün Ermənistana silahı, sursatı təmin edən, məsciddə donuz saxlayanlara hər cür yardımı əsirgəməyən Tehranın qırmızı xəttinin İslam olmadığının hamımız şahidiyik. Tehran üçün ümumiyyətlə İslam amili, dəyərləri yalnız zərərli siyasi və ideoloji məqsədlər üçün vasitədir və artıq bunu İranın öz əhalisi də yaxşı başa düşüb. Bu gün alovlanan İran küçələri, ayağa qalxan mübariz İran əhalisi də molla rejiminə məhz bu həqiqəti başa salmaq istəyir. Öz vətəndaşına minimum haqları rəva görməyən Tehran bu gün Ermənistanın qondarma iddialarının, "haqları"nın dönməz müdafiəçisinə çevrilib. Müsəlman ümməti olan 35 milyon azərbaycanlıya qarşı insanlıq əleyhinə cinayətlər törətməklə onları fars olmadığı üçün repressiyaya məruz qoyan, təqib edən, milli kimlik kimi məhv etməyi hədəfləyən İran başa düşməlidir ki, belə mürtəce siyasət İranın özünü məhvə doğru aparır. Biz qonşumuz İran üçün həmişə xoş niyyət ifadə etmişik, qonşumuzdan da eyni münasibəti görməyi arzu edirik. 35 milyon insana qarşı qeyri-hüquqi davranış, onların minimal haqlardan məhrum edilməsi heç bir beynəlxalq hüquq normasına, bəşəri dəyərə, İslam ədalətinə və ən əsası qonşuluq münasibətinə sığmır".

"Hər kəs anlamalıdır ki, Azərbaycanın ərazisində və ya sərhədlərimiz xaricində yaşayan bütün azərbaycanlıların hüquqları, maraqları, qanuni mənafeləri bizim üçün prioritetdir. Bütün dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli identikliyinin qorunub saxlanması Prezident İlham Əliyev tərəfindən bir vəzifə kimi müəyyən edilib. Çünki Azərbaycan Prezidenti yalnız öz vətəndaşlarımızın yox, həm də 50 milyonluq Azərbaycan ailəsinin yeganə milli, mənəvi-siyasi lideridir və hər kəs, o cümlədən Tehran bu reallığı qəbul etməlidir", - B.Məhərrəmov vurğulayıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR