14-05-2025, 15:48 340

Qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.

"McDonald"s Azərbaycan"ın dəstəyi sayəsində iştirakçılar yarışların beynəlxalq mərhələlərinə yollana və ölkəmizi layiqincə təmsil edə biliblər.

Bakıya qayıtdıqdan sonra gənc çempionlar üçün "McDonald"s" restoranlarından birində səmimi, qeyri-rəsmi görüş təşkil edilib.

Görüşdə "McDonald"s Azərbaycan"ın Müşahidə Şurasının sədri Fərid Əlizadə və Dövlət Sosial Müdafiə Fondunun Layihələrin idarə olunması departamentinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Uşaqların yarışlara hazırlaşması, qələbəyə uzanan yolu və bu yolda onlara göstərilən dəstək haqqında daha çox məlumat əldə etmək üçün uşaqların valideynləri ilə söhbətləşdik.

"O, atasına verdiyi vədə əməl etdi"

Araz Şadmanzadə IMEC (International Mathematics Examination Competition) Beynəlxalq Riyaziyyat Olimpiadasının mütləq çempionu olub.

Bakıda keçirilən seçim turunda uğurla iştirak etdikdən sonra o, Sidneydə təşkil edilən finala yollanıb. Final mərhələsində bütün tapşırıqları cəmi 18 dəqiqə 22 saniyə ərzində yerinə yetirən Araz maksimum bal toplayıb və 15 ölkəni təmsil edən 64 iştirakçını üstələməyi bacarıb.

"McDonald"s Azərbaycan" Bakıya qayıdan Araz və digər iştirakçılar üçün görüş təşkil edib. Görüş zamanı şirkət nümayəndələri məktəbliləri qələbə münasibətilə təbrik edib və onlara xatirə hədiyyələri veriblər.

Anası, Gülşən xanım, Arazın hələ erkən yaşlarından şahmat və riyaziyyata maraq göstərdiyini deyib. Onun sözlərinə görə, məktəbdə keçirilən ilk yarışlarından sonra o, inadla məşğul olmağa davam edib və nəticələrini daim yaxşılaşdırmağa çalışıb.

"Bir vaxtlar o, atasına qızıl medal qazanacağına söz vermişdi. Bu vəd onun üçün vacib bir məqsəd olaraq qalırdı. 2023-cü ildə Araz liseyə qəbul oldu, elə həmin il atası, polkovnik-leytenant Əkrəm Şadmanov şəhid oldu. O, 1984-cü ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olmuşdu, Azərbaycan Ordusunda xidmət etmiş, Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilmiş, ölümündən sonra "Vətənə xidmətə görə" ordeninə layiq görülmüşdü. Araz bu itkini çox ağır keçirdi, lakin atasına verdiyi vədə sadiq qalaraq yoluna davam etməyi bacardı," - Gülşən xanım deyir.

Gülşən xanım qeyd edib ki, Arazın Avstraliyaya səfəri "McDonald"s Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondunun dəstəyi sayəsində mümkün olub:

"Bu yardım həlledici rol oynadı. Araz öz vədinə əməl etdi. İndi o, həkim olmaq və Xankəndidə çalışmaq, həmçinin yaxın gələcəkdə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edərək şahmat sahəsində uğur qazanmaq arzusundadır."

"O, qürurla deyir ki, atasının uğrunda həyatını fəda etdiyi bayrağı həmişə dalğalandıracaq"

Nazlı Ələkbərzadənin anası Lalə Ələkbərova qızını xeyirxah, məqsədyönlü və hərtərəfli inkişaf etmiş şagird kimi xarakterizə edir. Nazlı riyaziyyat, məntiq, robototexnika ilə maraqlanır, həmçinin rəqs və gimnastika ilə məşğul olur.

"Kiçik yaşlarından o, təhsilə maraq göstərirdi və həmişə yeni nailiyyətlərə can atırdı. TIMO olimpiadasında atasının xatirəsinə Azərbaycan bayrağını layiqincə yüksəldəcəyinə və qızıl medal qazanacağına söz vermişdi. Antalyada keçirilən beynəlxalq mərhələdə isə bu vədini yerinə yetirərək birinci yerə layiq görüldü," - deyə Lalə xanım bildirir.

Nazlının atası Əli Ələkbərov Azərbaycan Ordusunun əsgəri olub. O, 1985-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub, Vətən müharibəsində Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci ildə Ağdamda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Onu da qeyd edək ki, Nazlının qardaşı Əkbər Ələkbərzadə də təhsilində mükəmməl nəticələr göstərir. Belə ki, o, TIMO olimpiadasında bürünc, UAMO olimpiadasında isə qızıl medal qazanıb. Əkbər də riyaziyyat və məntiq sahəsində ailə üzvlərinin uğurlu ənənəsini davam etdirir.

Lalə xanım "McDonald"s Azərbaycan"ın və Dövlət Sosial Müdafiə Fondunun dəstəyinin vacibliyini vurğulayıb:

"Onların köməyi uşaqlarımızın nüfuzlu yarışlarda iştirak etmək arzusunu həyata keçirməyə imkan verdi. Bakıya qayıtdıqdan sonra məktəblilərə göstərilən səmimi qəbula və diqqətə görə çox minnətdarıq".

İnadkarlıq və dəstəyin səbəb olduğu qələbələr

Araz və Nazlının hekayələri iradənin və savadlı olmaq istəyinin bariz nümunələridir.

Onların əldə etdiyi nailiyyətlər gələcək nəslin inkişafına töhfə olmaqla yanaşı, həm də ölkəsinin müdafiəsində duranların xatirəsinə hörmət əlamətidir.

Qeyd edək ki, "McDonald"s Azərbaycan" şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Vətən müharibəsinin şəhid və veteran ailələrindən olan 58 uşağın beynəlxalq TIMO və IMEC olimpialarında iştirakına dəstək göstərib, seçim mərhələlərini uğurla keçən şagirdlərin səfərlə bağlı bütün xərclərini öz üzərinə götürüb.

Nəticədə, 14 məktəbli milli səviyyədə mükafata layiq yerlər qazanıb, onlardan ikisi - Araz Şadmanzadə və Nazlı Ələkbərzadə isə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil ediblər.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR