
Liviyanın paytaxtı Tripoli şəhərində baş verən silahlı toqquşmalar nəticəsində azı 6 nəfər ölüb, 70-ə yaxın adam yaralanıb.
BAKU.WS "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Tripolinin Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vəhab bildirib.
Onun sözlərinə görə, ölənlər arasında beş döyüşçü və bir mülki şəxs - əcnəbi olub. Əcnəbi Tripoli küçəsində atəşə tutulan Misir vətəndaşıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.