
Bakının Nərimanov rayonunda avtomobil motosikletçini vuraraq xəsarət yetirib.
"AVESTA.AZ"un məlumatına görə, Ağa Nemətulla küçəsində 1999-cu il təvəllüdlü Vəlizadə Fuad Elşən oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan motosiklet sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.