16-05-2025, 17:48 212

Azərbaycan dili imtahanının nəticələri AÇIQLANDI

Azərbaycan dili (dövlət dili) fənni üzrə mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub.

AVESTA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN-kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 27 337 nəfərdən 433 nəfər imtahana gəlməyib.

Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan "qeyri-məqbul" alan abituriyentlərin nəzərinə çatdırılır ki, onlar 29 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 22 may - 10 iyun tarixlərində aparılacaq.

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (4 may və ya 29 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 may saat 10:00-dan 22 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin (abituriyentlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin (abituriyentlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.

Bundan sonra iştirakçılar apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl iştirakçılar DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İştirakçıların nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Qeyd edək ki, 2025-ci il 4 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

Paylaş

Xəbər lenti

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb Bu gün, 18:48 Bakı-Qəbələ-Bakı qatarları həftəsonları hər iki istiqamətə hərəkət edəcək Bu gün, 18:48 Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib Bu gün, 18:48 Mariam Kvrivişvili: "SOCAR ilə əməkdaşlıq Bakı–Supsa kəmərinin bərpasına imkan yaradacaq" Bu gün, 18:48 Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib Bu gün, 18:48 Yuri Qusev: Kiyev Ukraynanın bərpası üzrə konfransda Azərbaycanın iştirakına ümid edir Bu gün, 18:48 Si Cinpin WUF13-ün işinə uğurlar arzulayıb Bu gün, 17:49 Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib Bu gün, 17:49 Nazir: Türkiyə COP31-də Azərbaycanın COP təcrübəsindən istifadə edəcək Bu gün, 17:49 Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib Bu gün, 17:48 Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Emin Ağalarov: "Liderlərin "Sea Breeze"ə səfəri gözlənilir" Bu gün, 17:48 İlham Əliyev: Azərbaycan vahid Çin siyasətini dəstəkləyir Bu gün, 17:48 WUF13: Bakı qlobal urbanizasiya siyasətinin əsas platformalarından birinə çevrilir Bu gün, 17:48 KİV: Bakı-Tbilisi dəmiryol nəqliyyatı bərpa olunur - TARİX AÇIQLANDI Bu gün, 17:48 Azərbaycan Belarus və Qazaxıstandan benzin almağa başlayıb Bu gün, 17:48 WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb Bu gün, 17:48 Elvin Hacıyevə yüksək vəzifə verildi Bu gün, 17:48 Serbiya prezidenti: "Azərbaycanla birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcəyik" Bu gün, 16:48 UN-Habibat: Azərbaycanın "ağıllı şəhər"lər ilə bağlı layihələri təqdirəlayiqdir Bu gün, 16:48 Kobaxidze: Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib Bu gün, 16:48 Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Esvatini Kralı: Bakıya gəlmək və WUF13-də çıxış etmək şərəfdir Bu gün, 16:48 AYNA: WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb Bu gün, 16:48 Belarusda nüvə silahının tətbiqi ilə bağlı hərbi təlimlərə start verildi Bu gün, 16:48 İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır Bu gün, 16:48 İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib Bu gün, 16:48 Mavriki Prezidenti: WUF13-ə dəvətinə görə İlham Əliyevə təşəkkür edirəm Bu gün, 16:48 Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib Bu gün, 16:48 Liviya Prezident Şurasının Sədri Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Azərbaycan dili fənni üzrə mayın 3-də keçirilən test imtahanının nəticələri açıqlanıb Bu gün, 16:48 Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır Bu gün, 16:48 XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib Bu gün, 16:48 Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 15:48 Nqa Kor Minq: Azərbaycan WUF13-ün iştirakçı sayına görə rekord müəyyən edib Bu gün, 15:48 Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək Bu gün, 15:48 Moskvada leysan yağışları 122 illik rekordu yenilədi Bu gün, 15:48 Keniya Prezidenti: Afrika üzrə ən genişmiqyaslı mənzil inşaatı layihəsi həyata keçiririk Bu gün, 15:48 İyunun 14-ü magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək Bu gün, 15:48 "Haber Global" İlham Əliyevin Bakıda keçirilən WUF13-dəki çıxışından videosüjet hazırlayıb Bu gün, 15:48 Aleksandar Vuçiç: Hər dəfə Bakıya gələndə çoxlu dəyişikliklər görürəm Bu gün, 15:48 Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib Bu gün, 15:48 İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub Bu gün, 15:48 Sadır Japarov İlham Əliyevə təşəkkür edib Bu gün, 15:48 "A.B.İ." serialında gözlənilməz ayrılıq - Məşhur aktrisa layihəni tərk edir Bu gün, 15:48 Zakir Həsənov Milli qəhrəmanların ailələlərinə medallar təqdim edib Bu gün, 15:48 Hikmət Hacıyevdən WUF13 ilə bağlı növbəti paylaşım Bu gün, 14:48 Annalena Berbok: WUF13 mühüm bir dövrdə keçirilir Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR