22-05-2025, 09:48 350

Naxçıvanda

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və "Caspel" MMC-nin əsas tərədaşlığı, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC və "Şərq qapısı" qəzetinin media tərəfdaşlığı ilə keçirilən konfransda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.

AVESTA.AZ xəbər verir ki, konfransda kibertəhlükəsizlik mövzusunda videoçarx nümayiş etdirilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası idarə heyətinin sədri Pənah Musayev çıxışında diqqətə çatdırıb ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində ölkəmizdə kibersuverenlik mövzusunda keçirilən ilk konfransın Naxçıvanda baş tutması özündə dərin simvolik məna daşıyır. Çünki Naxçıvan Azərbaycanın müstəqilliyi və suverenliyi tarixində bir çox ilkin və xüsusi əhəmiyyətli mühüm qərarların verildiyi məkandır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə burada ilk dəfə Sovet İttifaqının tərkibindən çıxmaq niyyəti rəsmi şəkildə bəyan edilib, SSRİ-nin saxlanılması ilə bağlı keçirilən qeyri-qanuni referendum açıq formada boykot edilib, Azərbaycanın Xalq Cumhuriyyətinin  üçrəngli bayrağı 70 ildən sonra yenidən  dövlət rəmzi kimi qaldırılıb. Bütün bu tarixi faktlar Naxçıvanın suverenliyimiz və milli iradəmiz naminə  ön planda olduğunu bir daha təsdiq edir.

Texnologiyanın sürətli inkişafı və bütün sahələr üzrə rəqamsallaşmağa keçidin eyni zamanda yeni riskləri və təhlükəsizlik təhdidlərini gündəmə gətirdiyini bildirən Pənah Musayev əminliyini ifadə edib ki, konfransda aparılacaq müzakirələr kibersuverenlik anlayışının ölkəmizdə konseptual şəkildə formalaşması gələcək milli strategiyaların müəyyənləşdirilməsinə və bu sahədə davamlı əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcəkdir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında əhəmiyyət kəsb edən məlumatların sızmasına dair 2024-2025-ci illər üzrə qlobal statistikaları açıqlayıb. Qeyd edib ki, əvvəlki illə müqayisədə qlobal miqyasda 10% artımın qeydə alınması və hazıradək qeydə alınan ən yüksək göstərici olması xüsusi diqqət çəkir. Bütün məlumat sızmalarının 74 faizinin səhvlər, sosial mühəndislik, daxili sui-istifadə kimi insan faktoru ilə bağlı olması bir daha keyfiyyətli kadr potensialına ehtiyacın aktuallığını göstərir. Oğurlanmış istifadəçi məlumatları ilə edilən kiberhücumların sayı ötən ildə 71 faiz artıb deyən Davud Rüstəmov tövsiyə olunan müdafiə strategiyalarını diqqətə çatdırmaqla qlobal kibertəhdid mənzərəsində dinamikanın əsaslarını vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektor Elmar Qasımov əmək bazarında kibertəhlükəsizlik sahəsi üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini irəli sürüb. Qeyd edib ki, Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən yeni tədris proqramı hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət və həm də özəl sektorda əmək bazarının cari tələbləri, araşdırılıb və nəzərə alınıb. İnformasiya təhlükəısizliyi sahəsi ilə bağlı əmək bazarına uyğun müvafiq ixtisasların yaradılmasının vacibliyinin irəli sürən rektor qeyd edib ki, ixtisaslaşmış bir sıra qurumların iştirakı və xarici mütəxəssislərin də cəlb edilməsi ilə milli kadr potensialının formalaşdırılması ali təhsil müəssisələrinin qarşısında duran mühüm öhdəliklər sırasındadır . 

Konfrans panel müzakirələri ilə işini davam etdirib.

Sözügedən platformalarda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin əməkdaşı Elvin Balacanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov, Müdafiə Nazirliyi Kibertəhlükəsizlik Xidməti rəisinin müavini Fərman Məmmədov, Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov, Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Caspel MMC idarə heyətinin sədri Ceyhun Quliyev, Simbrella şirkətinin baş icraçı direktoru Seymur Məmmədov və digərlərinin iştirakı ilə "Kibersuverenlik və dövlət təhlükəsizliyi", "Kibertəhlükəsizlik sahəsində kadr potensialı" və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu" mövzuları müzakirə edilib.

Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov vurğulayıb ki, 2024-cü ildə vətəndaşlara qarşı törədilən kart fırıldaqçılığı nəticəsində 22 milyon manatdan çox zərər dəyib, 2025-ci ilin ilk 4 ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib. Bu baxımdan bir daha vurğulanıb ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir, hər kəs ictimai mövqeyindən asılı olmayaraq diqqətli olmalıdır.  Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə olduqca vacibdir.

Bakı Ali Neft Məktəbinin rektor Elmar Qasımov il ərzində kibercinayətlərin statistikası açıqlana bilərmi, sualına cavab olaraq Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov kiber talama və kiber dələduzluq əməllərinin Cinayət Məcəlləsinin 30-cu fəslində nəzərdə tutulmadığından statistik məlumatın verilməsində çətinliklər yaratdığını  bildirib.

Qeyd edək ki, 150-dən çox iştirakçının qatıldığı konfransda dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, elmi ictimaiətin nümayəndələri, aparıcı İT şirkətlərin rəhbər vəzifəli şəxsləri və tanınmış yerli ekspertlər iştirak edib.

Sonda konfrans iştirakçılarına, tərəfdaşlara və könüllülərə təşəkkürnamələr təqdim olunub.

Paylaş

Xəbər lenti

Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR