22-05-2025, 10:48 336

Təmiz gələcək naminə Baku Steel Company:  ekoloji dayanıqlıq və səmərəlilik

Cənubi Qafqazın ən iri polad istehsalçısı olan "Baku Steel Company" QSC (bundan sonra - BSC) ətraf mühitin mühafizəsi və ekoloji standartlara uyğunluğun təmin edilməsi istiqamətində daha bir mühüm addım ataraq, növbəti genişmiqyaslı layihəni uğurla başa çatdırıb.

BSC Elektrik poladəritmə sexində yaranan qazların tozdan və bərk hissəciklərdən təmizlənməsini və filtrasiyasını təmin edən, eləcə də tullantıların atmosferə atılmasının qarşısını alan Qaz-Toz Tutucu Qurğusunu (QTTQ) modernizasiya edib.

Layihə İsveçrənin "AS Metals Technologies" SA şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Texniki layihələndirmə mərhələsi bir ildən çox davam edib, montaj və sazlama işləri, bu cür irimiqyaslı layihəyə nəzərən istehsalatda mümkün minimum fasilələrlə, 2025-ci ilin əvvəlində uğurla tamamlanıb.

Kompleks modernizasiya işləri QTTQ-nin istismarını metallurgiya prosesinin müxtəlif mərhələlərində əhatə edir. Belə ki:

· Elektrik-qövs sobasında poladın əridilməsi. Poladəritmə sobasından və sobanın ətrafından tozun sovrulma intensivliyini artırmağa imkan verən ilkin qaz bacası xəttinə əlavə olaraq əsas və gücləndirici ventilyatorlar quraşdırılıb.

· Soba-çalov qurğusunda sobadankənar polad emalı. Qazların daha yaxşı tutulması üçün yeni çətir, qaz axınını artırmaq üçün əlavə gücləndirici ventilyatorlar, qaz axınının istiqamətinə nəzarəti təmin edən su soyutma sisteminə malik yeni mexanikləşdirilmiş çalov qapağı istismara verilib.

· Ümumi sex sahəsi. Sexin ümumi sahəsindən qeyri-mütəşəkkil tozu kənarlaşdırmaq üçün aerator quraşdırılıb və QTTQ-nin ümumi sisteminə qoşulub.

· Tullantıların filtrasiyası sistemi. Yaranan şlamların və tozların toplanması üçün filtrlərin (5000-ə qədər) və çənlərin sayı (16-ya qədər) artırılıb.

· Bundan əlavə, QTTQ-nin avtomatlaşdırılmış idarəetmə sistemi təkmilləşdirilib ki, bu da sistemin müxtəlif komponentlərinin işini optimallaşdırmağa və xaric olan qazların və tozun daha iri həcmdə təmizlənməsinə imkan verir.

Nəticədə, sexdə istehsalat heyətinin iş şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb; atmosferə atılan tozun miqdarı beynəlxalq ekoloji və texnoloji standartlara uyğun olan səviyyəyə qədər azaldılıb.

Eyni zamanda, tullantıların idarə edilməsi sahəsində beynəlxalq ISO standartlarına uyğun olaraq, QTTQ tərəfindən toplanan şlam və tozun bir hissəsi ayrı-ayrı material növləri üçün xammal kimi emala göndərilir. Bu yanaşma həm tullantıların azaldılmasına, həm də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına kömək edir.

Layihə texniki səviyyəsinə və funksional imkanlarına görə regionda ilk nümunələrdən biri hesab olunur. Belə ki:

· Metallurgiya istehsalında yaranan qazların təmizlənməsi üçün qurğunun ümumi gücü təxminən iki dəfə - 930.000 m³/saatdan 1.700.000 m³/saatadək artırılıb.

· Quraşdırılmış metal konstruksiyaların ümumi ağırlığı 200 tona çatır.

· Layihəyə 100-ə yaxın insan cəlb edilib, onlardan 50 nəfəri podratçı olan kənar təşkilatların əməkdaşlarıdır (avadanlığın montajı mərhələsində 4 yerli podratçı şirkət iştirak edib). Layihə üzrə ümumi iş yükü təxminən 25.000 adam/saat təşkil edib.

BSC ətraf mühitə təsiri minimuma endirmək, tullantıların davamlı və səmərəli idarə olunmasını təmin etmək, eləcə də ekoloji qanunvericiliyin tələblərinə tam riayət etmək üçün daim istehsal proseslərini müasirləşdirir. Şirkət gələcəkdə də "yaşıl" təşəbbüslərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və sənayenin dayanıqlı inkişafında liderliyini qorumağı hədəfləyir.

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR