
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Təhlükəsizlik və Mühafizə İdarəsi" MMC-nin direktoru Firdovsi Cəfərov vəzifəsindən azad edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Simran Əfəndiyevə həvalə olunub.
Xatırladaq ki, "Təhlükəsizlik və Mühafizə İdarəsi" nazirin 16 oktyabr 2006-cı il tarixli əmri ilə yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin mərkəzi aparatında və onun tabeliyində olan müəssisə və təşkilatlarda mühafizə xidmətini, nəzarət-buraxılış rejimini və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və bu kimi xidmətlərin göstərilməsindən ibarətdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.