
İmişli rayonunda pambıq qəbulu məntəqəsində yanğın olub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndi yaxınlığında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələrinə pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.