
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Sülh küçəsində yerləşən binalardan birinin həyətində kişi meyiti aşkarlanıb.
Məlumata görə, cəsəd Firudin İdiş oğlu Baxşəliyevə məxsus olub.
Mərhumun narkotik vasitələrdən istifadə etdiyi ehtimal olunur. "Cavandır, deyirlər ki, narkoman olub", - sakin söyləyib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.