
Yevlaxda batan avtomobili çəkən traktor aşıb, ölən və yaralanan var.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşınını çəkərkən aşıb.
Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.