
Kosta Rika millisinin üzvləri Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ilə erkən vidalaşdıqları üçün məyus olublar.
AVESTA.AZ xəbər verir ki, bunu report-a açıqlamasında komandanın kapitanı Joze Morales deyib.
O, buraxdıqları səhvlərin üzərində çalışacaqlarını bildirib:
"Məyusuq. Amma öz üzərimizdə işləməyə davam edəcəyik. Rəqiblərimiz də zəif deyildi. Turnirdə mübarizəni davam etdirən digər yığmalara uğurlar arzulayıram".
O, Bakıdakı mundialın təşkilatçılarına təşəkkür edib:
"Belə yarış üçün ölkənizə minnətdaram. Hər şey mükəmməldir. Az da olsa, Bakını gəzmək şansımız oldu, şəhəriniz də çox gözəldir".
Qeyd edək ki, Kosta Rika millisi bu gün E qrupunun matçında Tailanda 1:4 hesabı ilə uduzub. Əvvəlki iki oyunda da məğlub olan Mərkəzi Amerika təmsilçisi mübarizəni dayandırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.