28-05-2025, 09:48 296

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Xalq artisti, bənzərsiz kaman ustası Habil Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur.

AVESTA.AZ xatırladır ki, Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.

Erkən yaşlarından kamançaya meyil salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.

Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan "Segah", "Şur", "Çahargah", "Rast", "Mahur", "Zəminxarə", "Bayatı-Qacar", "Bəstənigar" muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında "Sarı gəlin", "Qaragilə", "Sona bülbüllər" və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.

Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.

Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.

Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür.

Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.

Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Paylaş

Xəbər lenti

Bu yolda sürücülər böyük çuxura düşür Bu gün, 00:48 Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub Bu gün, 00:48 San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi Bu gün, 00:48 Bakı metrosuna yüz milyon dollarlıq vəsait ayrıldı Dünən, 23:48 İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..." Dünən, 23:48 Bu yola iri ağac aşıb - Yol polisindən XƏBƏRDARLIQ Dünən, 23:48 XƏBƏRDARLIQ: Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var Dünən, 23:48 Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb Dünən, 23:48 Küləkli hava sağlamlığa necə təsir edir? - Bunları bilməlisiniz Dünən, 22:48 FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir Dünən, 22:48 Su-kanalizasiya işləri apardılar, asfalt qatını təmir etməyi unutdular Dünən, 22:48 Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb Dünən, 22:48 İçərişəhərdə Qarabağ mədəniyyətinə həsr edilmiş festival təşkil olunub Dünən, 22:48 Orta əsr Şərqinin türk mütəfəkkirləri Dünən, 21:48 Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb Dünən, 21:48 Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK Dünən, 21:48 Berqe: Azərbaycan Xalq Cümhuriyyəti bir çoxlarından əvvəl qadınlara səsvermə hüququ verib Dünən, 21:48 Abituriyentlər ilk imtahanın nəticəsi açıqlanmadan, ikinci cəhd üçün niyə qeydiyyatdan keçməlidir? Dünən, 21:48 Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb Dünən, 20:48 Minimum maaş ən azı 660 manat olmalıdır - DEPUTAT Dünən, 20:48 İstanbullulara zəlzələ ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - 90 min bina tam dağılacaq Dünən, 20:48 BMT rəsmisi: Azərbaycan kimliyi qitələrin və sivilizasiyaların qovşağında formalaşıb Dünən, 20:48 "Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? Dünən, 19:48 Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib Dünən, 19:48 Elşad Quliyev: "Qrup mərhələsini birinci pillədə bitirmək istəyirik" Dünən, 19:48 Sabah hava meteohəssas insanlar üçün necə olacaq? Dünən, 19:48 Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var Dünən, 19:48 Ruzigar İbrahimzadə: "Avropa çempionatında birinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik" Dünən, 19:48 Sevilən məkan, dəyişməz keyfiyyət: "Günaydın" restoranı daha bir ünvanda Dünən, 19:48 Rusiyaya məxsus sərnişin təyyarəsi doluya görə zədələndi - Sankt-Peterburqa uça bilmədi Dünən, 18:48 Qafqaz uğrunda böyük rəqabət: ABŞ, Rusiya, Fransa və İran nə istəyir? Dünən, 18:48 Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Dünən, 18:48 Keçmiş məhkum silahla tutuldu - ANBAAN GÖRÜNTÜ Dünən, 18:48 DYP yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ ETDİ Dünən, 18:48 IMF Mərkəzi Banka konsolidasiya edilmiş nəzarətə keçidi və maliyyə təhlükəsizliyinin gücləndirilməsini tövsiyə edir Dünən, 18:48 Azərbaycan Suriyada 1000 ailəyə humanitar yardım göstərib Dünən, 18:48 IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır" Dünən, 17:48 Türkiyə XİN Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin qorunması ilə bağlı çağırış edib Dünən, 17:48 XƏBƏRDARLIQ - Temperatur 6 dərəcəyədək enəcək, LEYSAN YAĞACAQ - Bu tarixdə… Dünən, 17:48 Bürclərə görə hansı insanlar daha tez varlanır? Dünən, 17:48 "Karvan-Yevlax" baş məşqçisi Füzuli Məmmədovla yollarını Dünən, 17:48 Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib Dünən, 16:48 Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu Dünən, 16:48 Bakıda "Chevrolet"lə "avtoşluq" etdi - TUTULDU Dünən, 16:48 Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib Dünən, 16:48 Bakı və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVA Dünən, 16:48 Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs saxlanıldı Dünən, 16:48 Şuşa sakini: "Oğlumun toyunu doğma kəndimizdə edəcəyik" Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR