Bu gün, 20:48 57

Minimum maaş ən azı 660 manat olmalıdır - DEPUTAT

Azərbaycanda maaşların həftəlik ödənilməsi modelinin tətbiqi məsələsi vaxtaşırı müzakirə olunsa da, ekspertlər hesab edir ki, hazırkı mərhələdə əsas problem ödənişin tezliyi deyil, əməkhaqqının real yaşayış xərclərinə uyğun olmamasıdır. Beynəlxalq praktikada həftəlik maaş sistemi müəyyən sahələrdə uğurla tətbiq edilsə də, bu modelin həm üstünlükləri, həm də çatışmazlıqları mövcuddur.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlibildirib ki, fəaliyyət sahəsindən və digər amillərdən asılı olaraq, bir sıra ölkələrdə əməkhaqqı həftəlik, ayda iki dəfə və ya aylıq şəkildə ödənilir.

Deputat qeyd edib ki, həftəlik əməkhaqqı sistemi xüsusilə ABŞ, Böyük Britaniya və Kanada kimi ölkələrdə geniş yayılıb:

"ABŞ-da özəl şirkətlərin 30 faizə yaxını həftədə bir dəfə ödəniş formasından istifadə edir. Bu sistem tikinti, pərakəndə ticarət və xidmət sektorunda daha çox tətbiq olunur. İşçilər qazandıqları vəsaiti daha tez əldə etdikləri üçün gündəlik xərclərini idarə etmək onlar üçün asanlaşır".

Əli Məsimli vurğulayıb ki, həftəlik maaş sistemi xüsusilə aşağı gəlirli ailələr üçün müəyyən üstünlüklər yaratsa da, impulsiv xərcləmə riskini də artırır:

Minimum maaş ən azı 660 manat olmalıdır - DEPUTAT

"Kirayə, ipoteka və sığorta kimi aylıq ödənişlər zamanı problemlər yarana bilər. Bundan əlavə, hər həftə əməkhaqqının hesablanması əlavə mühasibat və inzibati yük formalaşdırır".

Deputatın sözlərinə görə, Azərbaycanda əhalini daha çox maraqlandıran məsələ maaşın hansı formada verilməsi deyil, onun dolanışığa yetib-yetməməsidir:

"Hazırda minimum əməkhaqqı 400 manatdır və bu məbləğ vətəndaşların minimum tələbatını tam qarşılamaq üçün kifayət etmir. Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyasına əsasən minimum əməkhaqqı orta maaşın 60 faizindən aşağı olmamalıdır. Bu yanaşma ilə hesabladıqda minimum əməkhaqqı 660 manatdan yuxarı olmalıdır".

O əlavə edib ki, minimum əməkhaqqı ilə yanaşı median əməkhaqqının artırılması da vacibdir:

"Ölkə üzrə orta aylıq əməkhaqqı 1152 manat olsa da, median maaş bundan xeyli aşağıdır. Median gəlir insanların real sosial vəziyyətini daha düzgün əks etdirir. Ona görə də həm minimum, həm də median əməkhaqqının artırılması istiqamətində təsirli addımlar atılmalıdır".

Əli Məsimli sonda bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçidlə bağlı da işlər aparılır və gələcəkdə minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilə bilər.

Paylaş

Xəbər lenti

Orta əsr Şərqinin türk mütəfəkkirləri Bu gün, 21:48 Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb Bu gün, 21:48 Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK Bu gün, 21:48 Berqe: Azərbaycan Xalq Cümhuriyyəti bir çoxlarından əvvəl qadınlara səsvermə hüququ verib Bu gün, 21:48 Abituriyentlər ilk imtahanın nəticəsi açıqlanmadan, ikinci cəhd üçün niyə qeydiyyatdan keçməlidir? Bu gün, 21:48 Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb Bu gün, 20:48 Minimum maaş ən azı 660 manat olmalıdır - DEPUTAT Bu gün, 20:48 İstanbullulara zəlzələ ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - 90 min bina tam dağılacaq Bu gün, 20:48 BMT rəsmisi: Azərbaycan kimliyi qitələrin və sivilizasiyaların qovşağında formalaşıb Bu gün, 20:48 "Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? Bu gün, 19:48 Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib Bu gün, 19:48 Elşad Quliyev: "Qrup mərhələsini birinci pillədə bitirmək istəyirik" Bu gün, 19:48 Sabah hava meteohəssas insanlar üçün necə olacaq? Bu gün, 19:48 Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var Bu gün, 19:48 Ruzigar İbrahimzadə: "Avropa çempionatında birinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik" Bu gün, 19:48 Sevilən məkan, dəyişməz keyfiyyət: "Günaydın" restoranı daha bir ünvanda Bu gün, 19:48 Rusiyaya məxsus sərnişin təyyarəsi doluya görə zədələndi - Sankt-Peterburqa uça bilmədi Bu gün, 18:48 Qafqaz uğrunda böyük rəqabət: ABŞ, Rusiya, Fransa və İran nə istəyir? Bu gün, 18:48 Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Bu gün, 18:48 Keçmiş məhkum silahla tutuldu - ANBAAN GÖRÜNTÜ Bu gün, 18:48 DYP yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ ETDİ Bu gün, 18:48 IMF Mərkəzi Banka konsolidasiya edilmiş nəzarətə keçidi və maliyyə təhlükəsizliyinin gücləndirilməsini tövsiyə edir Bu gün, 18:48 Azərbaycan Suriyada 1000 ailəyə humanitar yardım göstərib Bu gün, 18:48 IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır" Bu gün, 17:48 Türkiyə XİN Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin qorunması ilə bağlı çağırış edib Bu gün, 17:48 XƏBƏRDARLIQ - Temperatur 6 dərəcəyədək enəcək, LEYSAN YAĞACAQ - Bu tarixdə… Bu gün, 17:48 Bürclərə görə hansı insanlar daha tez varlanır? Bu gün, 17:48 "Karvan-Yevlax" baş məşqçisi Füzuli Məmmədovla yollarını Bu gün, 17:48 Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib Bu gün, 16:48 Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu Bu gün, 16:48 Bakıda "Chevrolet"lə "avtoşluq" etdi - TUTULDU Bu gün, 16:48 Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib Bu gün, 16:48 Bakı və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs saxlanıldı Bu gün, 16:48 Şuşa sakini: "Oğlumun toyunu doğma kəndimizdə edəcəyik" Bu gün, 15:48 Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb Bu gün, 15:48 Bakıda maşın evin damına ÇIRPILDI Bu gün, 15:48 Əsəbləri və immuniteti gücləndirir, amma təhlükəsi də var… - Turşəngin fayda və zərərləri Bu gün, 15:48 Qara dənizdə Türkiyə gəmisi vurulub Bu gün, 15:48 Mentor, "yaşam koçu", motivasiya təlimçisi: Dəstək, yoxsa bahalı trend? Bu gün, 14:48 FHN-də XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirildi Bu gün, 14:48 Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib Bu gün, 14:48 Xərçəngdən ölüm riskini azaltmağın yolları açıqlanıb Bu gün, 14:48 EAPCA Niderland parlamentinin Azərbaycan əleyhinə qətnaməsinə etiraz müraciəti təqdim edib Bu gün, 14:48 Yaz sərin və yağışlı keçən illərdə yay necə olub? - İsti, yoxsa sərin? Bu gün, 13:48 Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı Bu gün, 13:48 İrandan Azərbaycana 11 kq narkotik gətirməkdə şübhəli bilinən TIR sürücüsü saxlanılıb Bu gün, 13:48 Ağcaqanad dişləməsi hansı halda ölümcül olur? Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR