
Bir çox namizəd, ilk imtahanın nəticəsinin onu qane edib-etməyəcəyini bilmədən, ikinci dəfə iştirak etmək üçün ödəniş edərək qeydiyyatdan keçmək məcburiyyətində qalır.
Bu isə öz növbəsində həm maliyyə, həm də psixoloji cəhətdən gərginlik yaradan amil hesab olunur.
BAKU.WS xəbər verir ki, bu fikirləri "Xəzər Xəbər"ə açıqlamasında təhsil məsələləri üzrə ekspert, Vüsət Əzizov bildirib.
Ekspertin sözlərinə görə bu hal birinci cəhd imtahanında yüksək nəticə toplaya bilməyən abituriyentlər üçün bir sıra çətinliklər yaradır.
Onun fikrincə, bu məsələdə valideynlərin və abituriyentlərin istəklərinin nəzərə alınması daha məqsədəuyğun hesab olunur.
Ekspert qeyd edib ki, imtahan tarixləri Nazirlər Kabineti tərəfindən müxtəlif dövlət qurumları ilə razılaşdırılaraq müəyyənləşdirilir.
Daha ətraflı videomaterialda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.