
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni xidməti minik avtomobilləri sifariş edəcək.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, artıq bununla bağlı müvafiq işlərə başlanılıb.
Belə ki, sifariş ediləcək üç ədəd hibrid mühərrikli avtomobilin 2024-cü il istehsallı olması əsas şərtlərdəndir.
Nazirlər Kabineti hazırda avtomobilləri təhvil verəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda, Nazirlər Kabineti avtomobillərin satın alınmasının 203.6 min manata başa gələcəyini proqnozlaşdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.