
"Monterrey" klublararası dünya çempionatı öncəsi portuqaliyalı hücumçu Kriştianu Ronaldunu transfer etməkdə maraqlıdır.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira bildirib.
Mənbənin məlumatına görə, Ronaldunun "Real Madrid"dəki keçmiş komanda yoldaşı, Meksika klubunun müdafiəçisi Serxio Ramos 40 yaşlı futbolçunu komandaya cəlb etməyə çalışır.
Klublararası dünya çempionatı 15 iyun - 13 iyul tarixlərində keçiriləcək. "Monterrey" E qrupunda "İnter", "River Pleyt" və "Urawa Red Diamonds" klubları ilə mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.