
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının regional lideri Məhəmməd Sinvarı məhv edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, baş nazirin açıqlamalarını "N12" telekanalı yayıb.
Netanyahu Knessetdə (parlamentdə) çıxış edərək bildirib ki, İsrail HƏMAS-ın idarəçilik potensialının məhvi yolunda dönüş nöqtəsinə çatıb.
"Biz Məhəmməd Sinvarı aradan götürdük", - o deyib.
Xatırladaq ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan Yunisdəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurub. Hədəf Qəzza zolağında HƏMAS və onun hərbi qanadı "İzzəddin Əl-Qəssam" briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.