
"McLaren"in avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının 9-cu mərhələsinin - İspaniya Qran Prisinin seçmə mərhələsinin qalibi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarış Barselona-Kataluniya trasında baş tutub.
Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci, niderlandlı Maks Verstappen ("Red Bull") üçüncü olub.
Mərhələnin əsas yarışı bazar günü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.