
Türkiyənin Bingöl vilayətində ard-arda iki zəlzələ qeydə alınıb.
Bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Birinci zəlzələ Kiqı rayonundan təxminən 1,5 km məsafədə, yerin 7 km dərinliyində baş verib və maqnitudası 4,4 bal təşkil edib. İkinci yeraltı təkan isə birbaşa Kiqı rayonunda qeydə alınıb – bu dəfə 3,6 bal gücündə və 11 km dərinlikdə.
İlkin məlumatlara görə, zəlzələlər nəticəsində xəsarət alan və ya dağıntı qeydə alınmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.