
Azərbaycanda fəaliyyət göstərən Rusiya federal idman televiziya kanalı "Match TV"nin ölkəmizdəki yayımı dayandırılıb, abunəçilərinə bu barədə müvafiq bildiriş təqdim olunub.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, "Match TV" kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" Qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.
Qeyd edək ki, "Match TV" 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.