
"Qeyd olunan ərazidə elektrik enerjisinin verilişi dayandırılıdığından hazırda svetoforlar işləmir".
Bunu AVESTA.AZ-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib.
"Problemin qısa müddət ərzində həll edilməsi üçün aidiyyəti dövlət qurumuna məlumat verilib", - deyə NİİM rəsmisi vurğulayıb.
***11:22
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində işıqforun işində nasazlıq yaranıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, "Biləcəri dairəsi" yaxınlığında xarab olmuş işıqfor maşınların hərəkətində çətinliklərə səbəb olub və tıxac qeydə alınıb.
Sözügedən ərazidən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.