
"Arsenal"ın keçmiş oyunçusu Cey Emmanuel-Tomas narkotik qaçaqmalçılığına görə 4 il həbs cəzasına məhkum edilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, 34 yaşlı futbolçu 2024-cü ildə saxlanılıb.
Britaniya sərhədçiləri onun Banqkokdan uçduğu iki çamadanda təxminən 60 kiloqram narkotik aşkar ediblər. Futbolçu günahını etiraf edib.
Müsadirə edilən yükün dəyəri təxminən 600 min funt sterlinq (1.3 milyon dollar) olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.